PDF Oxu

Əsas

  • 4 614

"Qarabağ faciəsi" ermənilərin vəhşiliyini təqdim edir

image

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə Dağlıq Qarabağa qarşı olan təcavüzkar siyasəti onilliklərdir ki, davam edir. Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa ərazi iddiasının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri "Böyük Ermənistan" yaratmaq xülyasından qaynaqlanıb. Bu baxımdan, Qarabağ problemi və erməni məsələsi tarixən mövcud olmuş və olmaqdadır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq nəticəsində dövlətimizə külli miqdarda ziyan dəymişdir.

Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan edilərək sökülmüş, yandırılmış, tarixi abidələr, xüsusilə qəbiristanlıqlar dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də danılmaz faktdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə aparılmış istintaq hərəkətləri nəticəsində sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239, banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər olmaqla 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılmışdır.

Erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə işçi qrupun qənaətinə əsasən, Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollar təşkil edir. Əhalinin mülkiyyətinə isə 55,4 milyard dollar məbləğində zərər vurulub. Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərin 190 milyard dollardan artıq olacağı şübhə doğurmur.

Xocalı soyqırımından sonra Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında yazdıqları dünya ictimaiyyəti tərəfindən qəzəbsiz qarşılanmaya bilməzdi. Z.Balayan yazırdı ki, biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar:"Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Bu öz "etiraf"ları olsa da, dünyanın istənilən bir ölkəsinin qələm əhlindən ermənilərlə bağlı sərt mesajlara təsadüf olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər