PDF Oxu

Əsas

  • 1 890

Aydın Mirzəzadə: “Ermənistan danışıqlarda görüntü yaratmağa çalışır”

image

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə rəsmi İrəvan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmır. İşğalçı ölkə sadəcə olaraq məsələnin həllində özünün görüntüsünü yaratmağa çalışır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azərbaycan isə görüşün ancaq konkret məsələlər ətrafında müzakirə edilməsinin və nəticəyə nail olunmasının tərəfdarıdır: "Burada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı konkret olaraq ortaya qoyulur. Bunun üçün müxtəlif variantlar təklif edir. Bunların içərisində Dağlıq Qarabağ ərazisinə yüksək müxtariyyətin verilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında əlaqələrin yaradılması, qəbul edilən qərarların, razılaşmaların digər dövlətlər tərəfindən təminatçısı olması məsələsidir və s. Ancaq rəsmi İrəvan bu gün məsələnin həllinə hazır deyil. O, sadəcə olaraq görüntü yaratmağa hesablanıb. Bu isə ilk növbədə Ermənistandan daha çox işğalçı ölkənin hakim dairələrinin marağındadır. Yaranmış vəziyyət Ermənistanın bir dövlət kimi çürüməsinə və ciddi problemlərin yaranmasına səbəb olur". Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəldikdə isə A.Mirzəzadə əlavə edib ki, mümkündür ki, artıq vasitəçilər arada müəyyən razılaşmaların əldə edilməsi və yaxud məsələlərə daha ciddi formatda müzakirə edilməsi barədə razılıq ala bilərlər: "Yəni bu baxımdan Azərbaycan görüşə gedərkən özünün milli maraqlarının, ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinin, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi məsələsinin tərəfdarıdır".

Digər xəbərlər