PDF Oxu

Əsas

  • 2 023

Elçin Quliyev Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb

image

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. DSX-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunmuş, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuş, qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Söhbət əsnasında regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan təhdidlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüş zamanı ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Digər xəbərlər