PDF Oxu

Əsas

  • 1 910

Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilib

image

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə Yeni Azərbaycan Partiyasının 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub. Çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, 2015-ci il ölkəmiz və xalqımız üçün uğurlu il olub: "Ötən il ölkəmiz üçün bir çox əlamətdar hadisələrlə yadda qalıb. Dövlətimizin l Avropa Oyunlarını uğurla keçirməsi 2015-ci ilin Azərbaycanın mədəni həyatında nə qədər önəmli il olduğunu göstərir. Milli Məclisə seçkilər 2015-ci ildə ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri olmuşdur. Yeni Azərbaycan Partiyasının seçkilərdə inamlı qələbəsi partiyamızın növbəti uğuru oldu. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunmuşdu. Strateji hədəf ölkənin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək, habelə Azərbaycan məhsullarının rəqabət qabiliyyyətini artıraraq onların xarici bazara çıxarılmasına şərait yaratmaq olub. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, iqtisadiyyatın çoxşaxəli inkişaf etdirilməsi ilə əlaqədar da uğurlu siyasət davam etdirilib".

YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 2016-cı ildə qarşıda böyük hədəflərin dayandığını bildirib. Ə.Əhmədov qeyd edib ki, xüsusilə dünya iqtisadiyyatında və maliyyə sektorunda baş verən hadisələrlə əlaqədar təbii olaraq Azərbaycanın qarşısında da çox ciddi vəzifələr dayanır: "Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökuməti həmin problemlərin həll olunması istiqamətində səfərbər edilib və bu yöndə addımlar atılır. Prezidentin bu yöndə gördüyü tədbirlər haqqında güman edirəm ki, Azərbaycan ictimaiyyəti məlumatlıdır. Yaxın zamanda iqtisadiyyatın inkişaf etdirilməsi, maliyyə sektorunda vəziyyətin sabitləşməsi, bütövlükdə əhalinin sosial vəziyyətinin, sosial təminatının qorunub saxlanması ilə əlaqədar digər tədbirlər də görüləcəkdir. Beləliklə, 2016-cı ildə hər birimizin qarşısında mühüm vəzifələr dayanır ki, bu vəzifələr bizim hər birimizdən böyük fədakarlıq tələb edir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən siyasi bir təşkilat kimi ölkədə həyata keçirilən bütün işlərdə yaxından iştirak edir. Hesab edirəm ki, 2016-cı ildə qarşımızda duran çox şərəfli və məsuliyyətli vəzifələrin yerinə yetirilməsində Yeni Azərbaycan Partiyasının hər bir üzvünün üzərinə də məsuliyyətli vəzifələr düşür. Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları yerlərdə 2016-cı ildə bizim qarşımızda duran vəzifələrin həyata keçirilməsi istiqamətində, eyni zamanda izahat işlərinin, təşviqat işlərinin aparılmasında böyük fədakarlıqla yaxından iştirak edəcək. Ölkəmizdəki sabitliyə, dincliyə, əmin-amanlığa, iqtisadi inkişafa, abadlaşmağa, müasirləşməyə öz töhfəsini verəcək". YAP İcra katibi Əli Əhmədov qarşıda duran vəzifələrlə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Müşavirədə YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.

İntizarə Məmmədova

Digər xəbərlər