Ölkə başçısı Cənab İlham Əliyevin apardığı müstəqil, ardıcıl siyasətin məntiqi nəticəsidir ki, müasir dünyada Azərbaycan etibarlı tərəfdaş, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Son illərdə ölkəmizdə bir-birinin ardınca keçirilən onlarla beynəlxalq tədbirlər Azərbaycanın qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Tədbirlərdə bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar ətrafında məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri və elm adamları arasında müzakirələr təşkil olunur.
Bütün bunlarla yanaşı, müasir dünyanın Azərbaycanı idman ölkəsi tək qəbul etməsi də təsadüfü deyildi. Ölkəmizin ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini daha da artırdı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman hərəkatı Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında əhəmiyyətli rol oynadı. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində böyük inam yaradıb. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də dünya idman tarixinə, eləcə də ölkəmizin idman tarixinə qızıl hərflərlə həkk olundu. İlk oyunların Bakıda keçirilməsi böyük nailiyyət olaraq qəbul edildi. "Bakı-2015" ilk Avropa Oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb etdi. "Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın bu oyunların yüksək səviyyədə təşkilində rolu danılmazdır. Dünya ölkələrində silsilə olaraq təşkil olunan "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimat mərasimləri və digər belə görüşlər Avropa Oyunlarının məhz yüksək səviyyədə təşkili istiqamətinə yönəlmişdir. Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və ilk Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev" ordeni ilə təltif edildi. Qeyd edək ki, Mehriban Əliyeva idmana göstərdiyi diqqətin nəticəsi olaraq hələ 2014-cü ildə Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı təqdim olundu. Bu günlərdə isə İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasında Azərbaycanın Birinci Xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan "Ali Orden" ilə təltif olunub.
Bu gün isə Azərbaycan daha yeni yarışları keçirməyə- "Formula-1" yarışını, 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını, Şahmat Olimpiadasını hazırlaşır. Qeyd edək ki, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi həm dünya, həm də islam aləmi üçün əhəmiyyətlidir. İslam Həmrəylik Oyunları Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcək. Belə ki, burda bir sıra amillərlə yanaşı, Mehriban Əliyevanın Azərbaycan Prezidentinin Sərəncamı ilə Oyunların Təşkilat Komitəsinin sədri təyin olunması da bu oyunların yüksək səviyyədə keçiriləcəyinə əsas verir. Belə ki, həm "Eurovision", həm də ilk Avropa Oyunlarının Təşkilat Komitələrinə rəhbərlik etməsi və uğurların Azərbaycana nəsibi Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığından bəhrələnib.
Bəli, Azərbaycan qarşıda neçə-neçə yarışlar keçirəcək və hər bir yarış Azərbaycanın tarixinə yeni yeni sözlər, qələbələr yazacaqdır.
NƏZAKƏT