PDF Oxu

Əsas

  • 1 980

Bakı rusiyalıların MDB-də məşhur turist istiqamətlərinin ilk beşliyinə daxildir

image

"Travel.ru" turizm xidməti 2016-cı ildə rusiyalı turistlərin MDB ölkələrində və yaxın xaricdə ən populyar turist istiqamətlərini müəyyən edib. AZƏRTAC xəbər verir ki, reytinq 2016-cı il fevralın 1-dən dekabrın 31-dək rusiyalıların qalmaq üçün otel sifarişi məlumatları əsasında hazırlanıb. "Travel.ru" saytının kommunikasiya üzrə direktoru deyib: "Ötən il müstəqil səyahət edən turistlərin MDB ölkələrinə səfərlərinin sayı artıb. Bakı isə rusiyalı turistlərin MDB-də 5 ən populyar beşliyinə daxildir". Rusiyalılar bu il Bakıya səyahətlərində orta hesabla dörd gün müddətinə otel nömrəsi sifariş edir və bir sutka üçün üç min rubldan çox ödəməyə hazırdırlar.

Digər xəbərlər