PDF Oxu

Əsas

  • 2 089

“Xovar” agentliyində Azərbaycan-Tacikistan əlaqələrinin inkişafından bəhs edilib

image

Tacikistanın "Xovar" milli informasiya agentliyində Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovla müsahibə yayılıb. Səfir bildirib ki, xalqlarımız arasında tarixən sıx dostluq əlaqələri mövcud olub, əməkdaşlığımızın tarixi qədim dövrlərə gedib çıxır. Qeyd edilib ki, Tacikistanda baş vermiş güclü zəlzələ ilə əlaqədar 2015-ci il dekabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu ölkəyə 800 min manatlıq humanitar yardımın ayrılması bu dostluğun daha bir göstəricisidir. 2007-ci ildə də Tacikistanda havaların şaxtalı keçməsi və iqtisadiyyata dəyən zərərin aradan qaldırılması məqsədilə Azərbaycan bu ölkəyə 1 milyon dollar həcmində yardım etmişdi. Diplomat deyib ki, ikitərəfli münasibətlərin əsası ulu öndər Heydər Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən qoyulub. Bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Tacikistanın TALKO Şirkəti ilə Gəncə Alüminium zavodu arasında əməkdaşlıq davam edir. Bakı-Tbilisi-Qars dəmir yolunun gələcəkdə Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu ilə birləşdirilməsi nəqliyyat daşımalarını asanlaşdıracaq və beləliklə də Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizi yaranacaq. Gələcək planlardan danışan səfir bildirib ki, Azərbaycan Tacikistanda neftayırma zavodunun tikilməsini də planlaşdırır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

Digər xəbərlər