PDF Oxu

Əsas

  • 2 209

Balakəndə Gənclər Günü qeyd edildi

image

Dünən YAP Balakən rayon təşkilatı Balakən icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü münasibəti ilə tədbir keçirilib. Rayon təşkilatının fəallarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, respublikanın ali məktəblərində təhsil alan gənclərin iştirak etdiyi tədbirdə çıxış edən YAP Balakən rayon təşkilatı idarə heyətinin üzvü, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikada aparılan gənclər siyasəti, gənclər günü münasibəti ilə ölkə Prezidenti İlham Əliyevin gənclərlə görüşü ərəfəsində verdiyi tövsiyyə və tapşırıqlardan geniş bəhs edib. Həmçinin, Balakən gənclərinin respublikanın ali məktəblərində təhsillərinin davam etdirilməsi, rayon təhsil şöbəsində gənc nəslin təlim-tərbiyəsi üçün aparılan məqsədyönlü işlər geniş şərh olunub.

Görüşdə YAP Balakən rayon gənclər birliyinin sədri, rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Sarxan Hacıyev "Azərbaycan gəncliyi müasir zamanda" mövzusunda məruzə ilə çıxış edərək, rayon gənclərinin gördüyü işlər, respublikanin ictimai-siyasi həyatında onların rolu, ölkə idmanında balakənli gənclərin təmsilçiliyi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Həmçinin, tədbirdə 2014-2015-ci il tədris ilində 600-dən yuxarı bal toplamış balakənli gənclər nümunə olaraq tədbir iştirakçılarına təqdim olunubdur.

Görüşdə Prezident təqaüdçüləri, tibb universitetinin birinci kurs tələbəsi Gülay Umarova, Qafqaz Universitetinin ikinci kurs tələbəsi Qalib Sarayev, Nizami adına 1 saylı orta məktəbin 10-cu sinif şagirdi, respublika fənn olimpiadasının qalibi Rəvan Əliyev çıxış ediblər.

Tədbirin sonunda bir qrup balakənli gəncə RİH-in fəxri fırmanı və qiymətli hədiyyələr təqdim edilibdir.

Ü.ƏSGƏROV

Digər xəbərlər