PDF Oxu

Əsas

  • 2 675

YAP Yevlax rayon təşkilatı Yevlax rayon icra hakimiyyəti, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Gənclər Gününü qeyd edib

image

Dünən 2 Fevral Gənclər Günü münasibəti ilə YAP Yevlax rayon təşkilatı Yevlax rayon icra hakimiyyəti, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Gənclər Günü qeyd edilib.

Tədbiri giriş sözü ilə rayon gənclər və idman idarəsinin rəsi Bünyamin Musayev açıb gəncləri təbrik edərək ölkə Prezidenti Cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirib ki, Yevlax rayonunda tikilmədə olan Olimpiya Kompleksinin gənclər üçün ən böyük hədiyyə olduğunu dilə gətirib.

YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova, rayon təşkilatının gənclər birliyinin sədri Ariz Mikayılov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş söz açıblar.

Sonra Yevlax rayon icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova çıxış edərək bildirib ki, son illər rayonda Gənclər Evi inşa olunub, təhsil ocaqlarında idman meydançaları və zallar tikilərək istifadəyə verilibdir: "Yeni iş yerlərində çalışanların böyük əksəriyyəti gənclərdir. Təsadüfi deyil ki, Cənab Prezidentimizin yüksək qayğı və diqqəti sayəsində bu gün ölkəmizin bütün şəhər və rayonlarında gənclər irəli çəkilir. Onlara məsul vəzifələrin icrası həvalə olunur. Bu cür yüksək qayğıya görə yevlaxlı gənclər adından ölkə Prezidenti İlham Əliyev Cənablarına minnətdarlığımızı bildiririk".

Sonda YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev şıxış edərək 20 illik yubiley münasibəti ilə gəncləri təbrik etdi. O, Yeni Azərbaycan Partiyasının gənclərə yanaşma tərzindən danışaraq vurğuladı ki, gənclər partiyanın gələcəyə baxan gözü, ölkəmizin rifahı naminə nəzərdə tutulmuş inkişaf proqramını reallaşdıracaq ən aparıcı qüvvəsidir.

Sonda partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc Yevlax gənclər və idman idarəsi və YAP Yevlax rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

R.KAMALQIZI

Digər xəbərlər