MİA

  • 6 983

"Paşinyan Moskvanı lap boğaza yığıb" - ƏCNƏBİ EKSPERTLƏR

image

Danışıqların profanasiyasını təşkil etmək- görünür, belə bir vəzifəni Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedəndə qarşısına qoymuşdu. Həmişə olduğu kimi, danışıqlarda opponentinin üstünlüklərini inadkarlıq və əzm nümayişi ilə məğlub etmək ümidi ilə.
Birincisi, o, demək olar ki, Azərbaycanla Ermənistan arasında sülhün bağlanması kimi nəinki onun üçün, bütün Cənubi Qafqaz üçün həyati əhəmiyyət kəsb edən bir məsələ ilə bağlı danışıqların pozulmasına nail oldu. Demək olar ki, müəyyən irəliləyişlər olduğu halda. Amma onun niyyəti Ermənistanın baş nazirinin əsas rəqibi Azərbaycan prezidenti İlham Əliyev və görüşün moderatoru Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Aİİ-yə üzv dövlətlərin başçıları tərəfindən dərhal başa düşüldü. O, öz gülünc hücumlarına və ittihamlarına ictimaiyyət qarşısında, bu İttifaqın Şura rəhbərlərinin iclasında başladı. Onun üzündə istehza və hətta nifrətdən başqa heç nə ifadə olunmurdu (Rusiya xəbər kanalları tərəfindən dəfələrlə təkrarlanan bu kadrları hamı gördü). Erməni lider, gözləntilərinin əksinə olaraq, heç kimdən zərrə qədər də rəğbət qazana bilməsə də, özünə rüsvayçılıq gətirdi.
Ermənistan hansı məqsədlər güdür, danışıqlar prosesini növbəti dəfə ictimai demaqogiyaya doğru necə aparır, Paşinyan, prinsipcə, nəyə can atır, davranışının məntiqi nədir? Bu sualların cavabını rusiyalı və qazaxıstanlı siyasi ekspertlər "Caliber" analitik mərkəzinə şərhlərində izah ediblər. Ekspertlərin fiirlərini oxucularımıza təqdim edirik.

Qazaxlı politoloq, siyasi elmlər namizədi Şarip İşmuhamedovun qeyd etdiyi kimi, belə bir təəssürat yaranır ki, Paşinyanın birbaşa Aİİ sammitində belə davranışı iki səbəblə diktə edilib. "Birincisi, ola bilsin ki, baş naziri vəziyyətin belə gərginləşməsinə Ermənistan daxilindəki müəyyən qüvvələr, bir növ revanşist qruplar təhrik ediblər. Başqa mümkün səbəb də var- bu cür siyasi “döyüşləri” ən yüksək səviyyədə təşkil etməklə Paşinyanın özünün reytinqinin ciddi şəkildə aşağı düşməsi. Və bir qayda olaraq, bu onlara yaxşı görünmür. Başqa bir məqam da maraqlıdır: Paşinyanın təhrik etdiyi mənasız debata çəkilmək istəməyən Vladimir Putin bütün görünüşü ilə neytral mövqe nümayiş etdirdi.
“Ermənistan bu cür siyasi şoular təşkil etməklə, əlbəttə ki, danışıqlar prosesini bilərəkdən ləngidir, özünə müəyyən dividendlər qazandırmağa çalışır. Məsələn, ermənilərə Azərbaycanın daxilində, daha yaxşısı beynəlxalq qüvvələrin nəzarəti altında muxtariyyətlə bağlı danışıqlar aparmaq”,- politoloq hesab edir.
İrəvan, Ş.İşmühəmmədovun fikrincə, bunu Qarabağ məsələsinin sülh yolu ilə həllini qeyri-müəyyən müddətə təxirə salmaq, vəziyyəti öz xeyrinə çevirmək, həm də ona görə edir ki, Paşinyanın vəziyyəti həll etmək üçün konkret planı yoxdur.
Qazaxıstanlı politoloq vurğulayır ki, Paşinyan özü də son sammitdə bir daha əmin olduğu kimi, Ermənistan hələ 44 ​​günlük müharibədən əvvəl Putinin və ümumilikdə Rusiyanın dəstəyini itirib.
“Bu arada, sülh yolu ilə nizamlanmada belə bir gecikmə hərbi eskalasiyanın növbəti mərhələsinə gətirib çıxaracaq, belə bir yol sadəcə olaraq mövcud vəziyyətdən yeganə çıxış yolu olacaq. Və Paşinyanın ümumi iclas zamanı açıq hücumlar şəklində hiylələri hadisələrin məhz belə bir dönüşünə səbəb ola bilər. Lakin bu halda Ermənistanı yaxşı heç nə gözləmir, çünki biz onun Silahlı Qüvvələrinin Azərbaycan ordusu ilə müqayisədə vəziyyətini və döyüş qabiliyyətinin dərəcəsini gördük- onlar yumşaq desək, təsiredici deyil”,- politoloq bildirib.
Üstəlik, Ş.İşmuxəmmədov hesab edir ki, Rusiya bu münaqişədə neytral mövqe tutmağa başlayanda vəziyyət artıq dəyişir. Hansı ki, prinsipcə, o, uzun illər Bakı ilə İrəvan arasında əsas vasitəçi kimi fəaliyyət nümayiş etdirməli olub. Yaxın keçmişdə, Qarabağ münaqişəsi zamanı Ermənistanın maraqlarına açıq-aşkar dəstək verilməməsi indiki ssenariyə gətirib çıxardı.
Politoloqun qeyd etdiyi kimi, Paşinyan Ermənistan Silahlı Qüvvələrinin, Ermənistanın özünün siyasi statusunun uduzulan müharibədən sonra dəyişdiyini qəbul etmir.
“Ermənistanın müttəfiqləri və hərbi tərəfdaşları yoxdur, lakin Paşinyan dəyişən vəziyyəti başa düşmür və yeni reallığı qəbul etmir. Bunun lətifəsi odur ki, o, özünü regional lider, Ermənistanı isə regional hegemon təsəvvür edir. Son 20 ildə öz müttəfiqləri və tərəfdaşları ilə həqiqətən regional gücə çevrilən Azərbaycandan fərqli olaraq”,- ekspert deyir.
Ş.İşmuxəmmədov gizlətmir, bir çoxları kimi, onun özü də prezident Əliyevin mövqeyinə, davranışına, incəliyinə daha çox hörmət edir.
“Bütün ittihamlara baxmayaraq, o, öz maraqlarını qorumaqda hörmətli və ardıcıl olmağa çalışdı, yaxşılıq istəyən, münaqişəni sülh yolu ilə həll etməyə qadir olan ölkənin nümayəndəsi kimi mövqeyini möhkəmləndirməyə çalışdı. Onun sözləri siyasi cəhətdən Paşinyanın bəyanatlarından qat-qat düzgün idi. Görünür, Ermənistanın baş naziri çıxılmaz vəziyyətdədir və özünü necə aparacağını, suallara necə cavab verəcəyini, mövqeyini necə müdafiə edəcəyini, bu müzakirədə diplomatik uğur üçün kimi öz dairəsinə cəlb edəcəyini bilmir. O, görünür, bütün siyasi nüfuzunu itirir”, - qazaxıstanlı ekspert vurğulayır.

Siyasi elmlər doktoru, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri, rusiyalı politoloq Tatyana Poloskova diqqəti Əliyevlə Paşinyan arasında görüşün cəmi iyirmi dəqiqə çəkdiyinə, lakin Vladimir Putinin buna fikir verdiyinə yönəldir: "Bu, Qarabağdakı vəziyyətin praktiki həlli üçün proloqdur. Üstəlik, Rusiya Federasiyası prezidentinin sözlərinə görə, İrəvanla Bakı arasında keçilməz maneə qalmayıb və baş nazirin müavinləri səviyyəsində növbəti görüşün bir həftədən sonra keçirilməsi nəzərdə tutulub".
T.Poloskovanın qeyd etdiyi kimi, Əliyevlə Paşinyan arasında Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən görüşün nəticələri kağız üzərində yazılmayıb, lakin Azərbaycan və Ermənistan başçıları bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Lakin bütün bunlar, dialoqun özünün formatı, onun təbirincə, “durğun xarakter almağa başlayır, inşaatçıların dili ilə desək, danışıqlar prosesi uzanan tikinti vəziyyətini xatırladır”.
“İndi isə hər şeyə baxmayaraq, bir neçə gün sonra Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü planlaşdırılır. Amma müzakirəyə yalnız texniki detallar qalsa, bütün bunları artıq ikitərəfli səviyyədə, vasitəçilər cəlb etmədən həll etmək olar. İnandığım kimi, Paşinyan danışıqlarda həddən artıq sarsıldı, amma nəhayət, danışıqlar prosesi fonunda - unutmayaq - Ermənistanın hərbi təxribatları davam edir. Ona görə də şəxsən mən ciddi nəticələr görmürəm və bu, təbii ki, Azərbaycan tərəfinin günahı deyil. Ermənistan nəhayət ki, sərhədlərin demarkasiyası və delimitasiyası istiqamətində addımlar atmalıdır.
Aİİ sammitində liderlərin görüşünə gəlincə, Rusiya mediası iqtisadi birlik ölkələrinin bütün rəhbərlərinin ümumi tərkibdə görüşündə baş verənləri atışma kimi səciyyələndirir. Şəxsən mən atışmanı hiss etməsəm də: Paşinyan 44 günlük müharibə bitdikdən sonra sonsuz dəfə verdiyi eyni sualları qeyri-müəyyən şəkildə verməyə çalışdı, onların cavablarını yaxşı bilirdi. Bu dəfə ictimaiyyət üçün bir oyun oldu: dövlətlərin liderləri iştirak edir və bəlkə onlardan biri bədbəxt Paşinyanın müdafiəsinə qalxar və ya dialoqa dissonans gətirər. Amma bu baş vermədi, üstəlik, İlham Əliyev kimi MDBMİ-nin məzunu olan Qazaxıstan prezidenti ümumiyyətlə açıq şəkildə güldü ki, bu da televiziyada göstərildi”,- rusiyalı politoloq qeyd edib.
Onun sözlərinə görə, Paşinyan “dəhliz”, “həyət”, “yol” kimi məfhumlara istinad edərək tamamilə gülünc suallar verib və nəticədə Putinin özünün reaksiyasına səbəb olub və o, Ermənistanın baş nazirinə bunların sırf texniki suallar olduğunu xatırladıb.
“Və Azərbaycan prezidenti, yəqin ki, MDBMİ-də müəllim işlədiyi gənclik illərini ümumiyyətlə xatırlayır və o qədər də ağıllı olmayan tələbəsinə etdiyi kimi sakit və başa düşülən şəkildə “dəhliz”in necə bir şey olduğunu izah edirdi. Ki, bu, beynəlxalq termindir və yol anlayışından heç bir əsas fərq yoxdur”,- T.Poloskova vurğulayır.
Zəngəzur dəhlizinə gəlincə, ekspertin fikrincə, Paşinyan burada da xırda təxribat təşkil etməyə çalışıb: “Ay aman, belə çıxır ki, siz Rusiya ilə Zəngəzur məsələsində nəsə razılaşmısınız, amma mənim bundan xəbərim yox idi”.
“Ancaq əgər Paşinyan başqa ölkə ilə münasibətlərin fundamental məsələsinin mahiyyəti barədə nəsə bilmirsə, qoy öz kəşfiyyatına sual versin. Amma burada heç nə gizlədilməyib”,- deyə politoloq təəccüblənir.
O, əmindir ki, Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsü ilə çıxış etməyə tam haqqı var və “burada heç bir söz-söhbət yoxdur”.
“Ümumiyyətlə, məndə belə bir təəssürat yarandı ki, Rusiya rəhbərliyi Paşinyandan kifayət qədər təngə gəlib, bu, Putinin görüşdəki reaksiyasından aydın görünürdü. Ermənistanın baş naziri isə indi kritik vəziyyətdədir, onun hərəkətsizliyi onu ifrat həddə çatdırıb: indi o, İrəvana qayıdacaq və o, sülh yolu ilə nizamlanmanı təşviq etmək və sülh müqaviləsi imzalamaq üçün daha nəsə etməlidir. Və nə etməli- o bilmir. Aydındır ki, Ermənistanın özündə də Paşinyanın edə biləcəyi istənilən müsbət dəyişikliyə qarşı çıxan çoxlu revanşist qruplar var. Və nəyisə dəyişmək istəyirsə, bu pusqulardan birtəhər diqqətlə keçməlidir. Amma 44 günlük müharibədən sonra iki ildən artıqdır ki, bir ölkədə bir şey, başqa ölkədə başqa söz deyən, daim çaş-baş qalan, hər zaman nəsə vəd edən, amma yerinə yetirməyən belə bir dövlət başçısı açıq-aşkar çaşqınlıq yaradır”- politoloq vurğulayır.
Eyni zamanda, T.Poloskova əmindir ki, “Azərbaycan tərəfi tamamilə haqlıdır– nizamlanmaya heç bir maneə yoxdur”.
“Yalnız texniki suallar qalıb. Putin də orda, sammitdə birbaşa bu mövzuda özünü ifadə etdi - heç bir problem görmür, indi Paşinyan və Bakı bu məsələləri sona qədər həll etsin. Aydındır ki, Ermənistan rəhbərliyi indi öz hakimiyyətini saxlamaq problemindən narahatdır, amma oyun oynamaq yox, hərəkətə keçməyin vaxtı çatıb. Bununla belə, Paşinyan bacardığı kimi hərəkət edir- yöndəmsiz, qeyri-peşəkar. Ona, siyasi nəzakət öyrədilməyib- Azərbaycan və Qazaxıstan prezidentlərindən fərqli olaraq, diplomatik təhsili yoxdur. Buna görə də, bütün bunlar çox gülünc görünürdü- həm də təkcə Tokayev üçün deyil, mənim üçün də "deyə- T.Poloskova yekunlaşdırır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər