MİA

  • 6 067

Ermənilər özləri özlərini hər şeydən təcrid etdilər – Avropalı analitikin şərhi

image

Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə heç kim Bakı ilə mübahisə etmək istəmir, əksinə, əməkdaşlıq etməkdə maraqlıdır

“Politico.eu” saytında Ceymi Dettmerin Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi və fərqli qütblərlə əməkdaşlıq fəaliyyəti ilə bağlı geniş məqaləsi dərc olunub (https://www.politico.eu/article/armenians-keep-finding-themselves-on-the-wrong-side-of-history/). Həmin yazını oxucularımıza təqdim edirik.

Keçən həftə BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq etdi ki, “dünya iqtisadi və maliyyə sistemlərinin və ticarət əlaqələrinin pozulmasına getdikcə daha yaxındır”. Bu, doğru ola bilər, amma Azərbaycan üçün yox.

Böyük Britaniyanın üçdəbiri böyüklüyündə olan və təxminən 10 milyon əhalisi olan Azərbaycan geosiyasi fərqləri aradan qaldırmaqda çox az çətinlik çəkir. Və bu yaxınlarda Bakı coğrafiyadan və geologiyadan öz xeyrinə istifadə etmək üzrə ustad dərsi göstərdi.

Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə, deyəsən, heç kim Azərbaycanla mübahisə etmək istəmir - hamı onunla dostluq etmək istəyir.

Son həftələrdə Bakının antiterror tədbirləri adlandırdığı böyük hücum planlaşdırdığına dair siqnallar ortaya çıxdı və Ermənistanı təhlükə siqnalları göndərməyə sövq etdi. Amma nəinki bu siqnallar nəzərə alınmadı, hətta sonradan Bakı “hücumçuluğuna” görə yalnız təmkinli tənqidlərə məruz qaldı.

Əlbəttə, Azərbaycan kütləvi etnik təmizləməyə başlasa, Qərbin reaksiyası dəyişə bilərdi, amma Bakı bunu başa düşəcək qədər ağıllıdır.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycan bütün tərəflərin rəğbət obyektinə çevrildi. Ötən il Avropa Komissiyasının sədri Ursula fon der Leyen Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevə səmimi sözlər deyərək onu Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi gördüyünü demişdi. Cəmi bir neçə həftə sonra Aleksandr Lukaşenko Əliyevi “tamamilə bizim adamımız” adlandırmaqdan çəkinmədi.

Von der Leyen və Lukaşenko ilə eyni anda dost ola biləcək başqa lider varmı? Azərbaycan Türkiyə ilə dostluq əlaqələri saxlayır. Bakı və Pekin bir-birini strateji tərəfdaş hesab edir, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edir və ölkə İsraillə də hərbi əməkdaşlığı genişləndirməyə çalışır. 2020-ci ildə- Qarabağ münaqişəsinin kəskin kəskinləşməsi zamanı İsrail Türkiyə ilə birlikdə Azərbaycana pilotsuz təyyarələr verib.

Qarşılıqlı eksklüziv dostların təsirli siyahısı - həm coğrafiya baxımından, həm də enerji potensialı cəhətdən çox şeyi izah edir.

Keçən il Azərbaycanın paytaxtında olarkən fon der Leyen “Avropanın enerji tələbatının tez bir zamanda şaxələndirilməsi” zərurətini vurğuladı və Bakı ilə 3500 kilometrlik Cənub Qaz Dəhlizi boyunca boru kəməri vasitəsilə Xəzər dənizindən Avropaya tədarükün artırılmasına dair sazişi elan etdi.

O, həmçinin Azərbaycanın “bərpa olunan enerji mənbələri”– külək enerjisi və “yaşıl hidrogen” sahəsində böyük potensiala malik olduğunu qeyd edib və əmin olduğunu bildirib ki, “Azərbaycan tədricən mədən yanacaq tədarükçüsündən bərpa olunan enerji mənbələrində Avropa İttifaqının çox etibarlı tərəfdaşına çevriləcək”.

Bununla belə, fon der Leyen Aİ-nin Azərbaycan haqqında bu cür danışan ilk yüksək vəzifəli məmuru deyil. 2019-cu ildə Avropa İttifaqının ozamankı prezidenti Donald Tusk da Bakının etibarlılığını yüksək qiymətləndirmişdi.

Azərbaycanda insan haqlarının zəif olması, korrupsiyanın tüğyan etdiyi və ya çoxlu sayda siyasi məhbusun azadlığa buraxılması ilə bağlı hər hansı çağırışdan söz açılmayıb.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ-nin arvadbazlığı daha da qətiyyətlii oldu və təbii ki, bu ittifaq tək deyildi. Neft və qazla zəngin olan Rusiya, İran, Ermənistan, Gürcüstan və Xəzər dənizi sahilində yerləşən Azərbaycan, Bakıdakı ADA Universitetinin əməkdaşı Fariz İsmayılzadənin fikrincə, “keçmiş böyük imperiyaların, sivilizasiyaların, və qlobal güclərin, regional dövlətlərin kəsişməsində yerləşən strateji bir mükafatdır".

Azərbaycanın Mərkəzi Asiyada böyük oyunda artan əhəmiyyətini onun paytaxtında yerləşən xarici diplomatik nümayəndəliklərin sayının artması da sübut edir- 2005-ci ildə cəmi 20 diplomatik nümayəndəlik var idisə, indi onların sayı 85-ə çatıb.

Mərkəzi Asiyada təsirlərini genişləndirmək istəyən Ankara və Pekin üçün Azərbaycan regional enerji layihələrində, eləcə də yeni regional dəmir yollarının inkişafında və planlaşdırılan infrastruktur və kommunikasiya layihələrində əsas oyunçudur.

Sıx dil, dini və mədəni əlaqələr sayəsində Türkiyə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əsas müttəfiqi olub. Bununla belə, Bakı bütün ölkələr və rəqiblərlə məharətlə əlaqə saxlayır. O, başa düşür ki, onların hamısı yeni imkanlar açır, lakin eyni zamanda münasibətlər pisləşərsə, təhlükə yarada bilərlər.

Bu, istər Aİ, Türkiyə, Çin və ya Rusiya olsun, regionun bütün əsas oyunçularına aiddir. Bakının müxtəlif ölkələrlə dil tapa bilməsinin səbəbi odur ki, heç kim geosiyasi rəqiblərinə üstünlük vermək regiondakı incə balansı pozmaq istəmir. Bu, İrana da aiddir. Son aylar Bakı və Tehran münasibətlərdəki gərginliyi azaltmağa çalışır.

Ermənistan öz qonşusu kimi sübut olunmuş neft və ya təbii qaz ehtiyatlarına malik deyil. Amma bununla belə ermənilərə daha yaxşı məsləhət görülə bilərdi ki, Azərbaycandan nümunə götürsünlər və əvvəlcə Rusiyaya, sonra isə Qərbə yönəlmək əvəzinə hər kəslə dost olmağa çalışsınlar.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər