MİA

  • 6 317

Dmitri Solonnikov: Qərb Ermənistan vasitəsilə Qafqazda qarşıdurma yaratmaq istəyir - MÜSAHİBƏ

image

Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Ermənistan baş nazirinin son bəyanatlarını şərh edib. Politoloqun müsahibəsini oxucularımıza təqdim edirik.

- Ermənistanın baş naziri ordu günündə dedi ki, İrəvan Bakıya təkcə silahlar üzərində qarşılıqlı nəzarəti həyata keçirməyi deyil, həm də sülh müqaviləsi bağlanana qədər təcavüz etməmək haqqında paktı imzalamağı təklif edir. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi üzrə prosesdən yayınma adlandırıb.

- Məncə, bütün bu cür təkliflər: yaxşı, gəlin belə bir müqavilə imzalayaq, bir də başqa müqavilə imzalayaq və qoşunların çıxarılmasına razılaşaq- bu, vəziyyəti qəlizləşdirmək cəhdidir, İrəvanın Bakı ilə sülh müqaviləsinin imzalamasını ləngitmək cəhdidir.

Obyektiv olaraq, əsas məsələlərə diqqət yetirmək lazımdır, sonra- əsas məsələlər həll edildikdə, bəzi detallı problemləri artıq həll edə bilərsiniz.

Silahlara nəzarət məsələsi etimad məsələsidir. Bildiyimiz kimi, belə məsələlər ölkələr arasında həll olunur. Amma əvvəlcə etimad, sonra isə bu qəbildən olan müxtəlif razılaşmalar olmalıdır.

Məsələn, bu, birinci dəfə deyil: dövlətlər silahlara nəzarət barədə razılığa gəldilər və sonda bu silahları bir-birindən gizlətməyə başladılar. Sonra deyirlər: "Bu, silah deyil, başqa bir şeydir", "bu, tank deyil, başqa bir şeydir".

Ermənistan uduzan tərəf kimi indi şərtlər qoymağa çalışır. Paşinyan hay-küy salmağa, imza atacağı anı gecikdirməyə, nəhayət, Ermənistanın etnik təmizləmə və ərazilərin genişləndirilməsi siyasətinin 30 illik tarixinin, “Böyük Ermənistan” ideyasının üstündən xətt çəkməyə çalışır. Bəli, Paşinyan bu əhvalata son qoymağa çalışır. Ancaq o, hələ bunu etməyib və bu, problemdir.

- Dünən məlum oldu ki, Pentaqonun Təhlükəsizlik İdarəetmə İnstitutunun nümayəndələri bu yaxınlarda İrəvanda müdafiənin transformasiyası ilə bağlı seminarda iştirak ediblər və seminar zamanı Ermənistan silahlı qüvvələrinə yardım imkanları və tərəfdaşlarla qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, həmçinin müasir çağırışların aradan qaldırılması məsələləri müzakirə olundu...

- Yenə də xəbər yoxdur. Ermənistan tədricən NATO blokuna daxil olmaq yolunda irəliləyir, ona görə də Şimali Atlantika Alyansı ölkələri ilə əməkdaşlığı genişləndirir. O, KTMT-dən çıxmağa hazırlaşır, lakin bunu NATO ilə müqavilə imzaladıqdan iki saat sonra edəcək.

- Ötən həftə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da imzaladığı tarixi üçtərəfli bəyanatı “ləğv etməyə” cəhd edib. Onun sözlərinə görə, bu işləmir, çünki guya Moskva və Bakı İrəvandan fərqli olaraq onun bir sıra bəndlərinə əməl etmirlər. İrəvanın belə açıq bəyanatı nəyə lazımdır?

- Bu, İrəvanın Rusiya Federasiyası ilə diplomatik əlaqələri dayandırmaq üçün davam edən taktiki siyasətidir. Paşinyanın hakimiyyəti altındakı Ermənistan tamamilə ABŞ-ın xarici nəzarətinə keçməlidir. İndiki Ermənistan rəhbərliyi Qərbin nümayəndələridir. Onların Ermənistanı Qərb maraqları baxımından idarə etmək mandatı var.

- Bu siyasətin sonu Ermənistanın özü üçün necə olacaq?

- Göründüyü kimi, Ermənistan dövlətçiliyinə potensial zərbədir. İrəvan saziş imzalamadan status-kvonun uzadılmasından istifadə etməklə regionda vəziyyəti pozmaq üçün platforma yaratmağa çalışır. Razılaşma olmayanda, sərhəd təsdiq olunmayanda Ermənistanın inkişafının çox ləngiyəcəyi göz qabağındadır. Paşinyan ABŞ-dan və Avropa İttifaqının nümayəndələrindən müxtəlif qrantlar, subsidiyalar almaqla bunu iqtisadi cəhətdən kompensasiya etməyə çalışacaq. Təbii ki, Qərbin mövqeyində heç nə dəyişmir, onlar Rusiyaya qarşı tarazlıq kimi Transqafqazda yeni qeyri-sabitlik yaratmaq istəyirlər.

Amma Rusiya bütün bunların qəti əleyhinə olduğunu daha da nümayiş etdirəcək. Regionun digər ölkələri kimi.

Təəssüf ki, məncə, Ermənistan rəhbərliyinə bundan nə isti, nə də soyuqdur. Bugünkü Ermənistan hökumətinin vəzifəsi eyni Qərbdə daha da uğurla sosiallaşmaq və gizlənmək üçün Qərbin sifarişlərini bacarıqla yerinə yetirməkdir. Paşinyan öz gələcəyini belə görür: o, baş nazir vəzifəsini dayandırdıqdan sonra Fransaya və Aİ-nin hansısa başqa ölkəsinə köçəcək.

Onun üçün Avropa Ermənistanın məsələlərini həll etdiyi qurumdur. O, hakimiyyətdən özünün Avropa elitasından birinə çevrilmək üçün istifadə edir.

- Yaxşı, amma Ermənistan hakimiyyətinin ölkə Konstitusiyasını dəyişdirmək niyyətini necə şərh etmək olar və dünən Ermənistan parlamentinin spikeri Araratın təsviri olan və reallığı daha dəqiq əks etdirməyən gerbin dəyişdirilməsinin zəruriliyini elan etdi, həmçinin, “düşmən”lə üz-üzə gəlmək arzusunu ifadə edən dövlət himninin dəyişdirilməsini...

- Ermənistan hakimiyyətinin bu yanaşması saxta deyilsə, realdırsa, deyə bilərik ki, bu yaxşıdır...

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər