MİA

  • 7 107

Ekspert: Rusiya və Azərbaycandakı seçkilərin nəticələri Qafqaza əsl sülhün təminatıdır - MÜSAHİBƏ

image

Vladimir Putin Rusiyada keçirilən prezident seçkilərində 87,28 faiz səslə qalib gəlib. Seçici fəallığı Rusiyanın müasir tarixində rekord göstərici olub və 77,44% təşkil edib. Bir ay əvvəl, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi və Azərbaycan lideri İlham Əliyev də rekord nəticə ilə qalib gəldi.

Azərbaycan dövlətinin başçısı ilk olaraq rusiyalı həmkarına zəng edərək onu qələbə münasibətilə təbrik edib. Bu seçkilərin nəticələri Cənubi Qafqaz regionu üçün nə deməkdir? Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku”portalına müsahibəsində öz fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, Rusiya və Azərbaycan seçicilərinin seçimi Cənubi Qafqaz üçün nə deməkdir?

- Əvvəla, Rusiyada və Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri Cənubi Qafqaz üçün o deməkdir ki, sabitlik tendensiyası region üçün prioritet olaraq qalacaq, real sülhün bərqərar olması və ölkədə qeyri-sabitliyin baş verməsinin qarşısını almaq şansı hələ də olacaq. Axı həm Rusiya, həm də Azərbaycan həqiqətən də bütün səyləri ilə buna nail olmağa çalışır və maraqlı qüvvələrin tam sülhün bərqərar olmasına mane olmaq cəhdlərinə müqavimət göstərirlər. Rusiya üçün Zaqafqaziya qonşu regiondur, ona görə də orada sülh Rusiya dövləti üçün həyati əhəmiyyət kəsb edir, xüsusən də Rusiya Federasiyası ilə Qərb arasında şiddətli münaqişənin hökm sürdüyü, Qərb və Qərbyönlü qüvvələrin dövlətinizə zərər vermək üçün əlindən gələni etdiyi bir vaxtda. Rusiya Federasiyasına qarşı bütün səviyyələrdə, o cümlədən onun sərhədləri boyunca təxribat törətməyə çalışırlar. Cənubi Qafqaz isə ondan getdikcə daha çox Rusiyaya qarşı istifadə edən qüvvələrin diqqət mərkəzində olmaqda davam edir.

Vladimir Putinin Rusiya xalqı tərəfindən yeni müddətə seçilməsi, o cümlədən, Azərbaycandakı seçki məntəqələrində- orada o, təxminən 70 faiz səs toplayıb- və İlham Əliyevin rusiyalı həmkarını təbrik edən ilk liderlərdən biri olması faktı. Azərbaycanlı həmkarı Vladimir Putinin ölkəsinin dövlətçiliyini gücləndirdiyini qeyd etdi, Azərbaycanla Rusiya arasında müttəfiqliyi vacib adlandırdı- bunlar təbii ki, strateji müttəfiqliyin necə yüksəldiyindən xəbər verən addımlardır.

Elə bu günlərdə Əliyev Bakıda Rusiya baş nazirini qəbul edərkən Azərbaycan prezidentinin səsləndirdiyi sözlər də əlamətdardır. O, sadəcə olaraq, Moskva ilə Bakının münasibətləri üçün çox mərkəzi fikri səsləndirdi: Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sabitlik və təhlükəsizlik amilidir. Bu gün dünyada və regionda vəziyyətin ağır olduğu, Rusiya Federasiyasının Qərbin görünməmiş təzyiqləri ilə üzləşdiyi bir vaxtda belə sözlər çox dəyərlidir. Bunlar əslində Azərbaycanın rus xalqının seçiminə dəstəyinin sözləridir. Müttəfiqlər strateji münasibətləri daha da inkişaf etdirməyə hazırdır. Mişustinin Rusiyada prezident seçkiləri öncəsi Azərbaycana səfəri də məhz belə siyasətin və Bakıya etimadın növbəti siqnalı oldu.

Putin də, Əliyev də güclü liderdir, onların arasında kimya, dostluq münasibətləri var, hər ikisi sözünün ağasıdır. Ölkələrin əməkdaşlığı qısamüddətli mənfəətə əsaslananda (yaxşı nəyisə qazanıb, sonra qaçmaq) yox, uzunmüddətli perspektivdə, sistemli yanaşmalar səviyyəsində, şəxsi etimad səviyyəsində, milli maraqları qarşılıqlı rəhbər tutanda münasibətlərin möhkəmliyinə təminat olur. Ölkələrimizdə seçkilərin nəticələri Rusiya və Azərbaycan tərəfindən dövlətçiliyin möhkəmlənməsidir.

Bu gün Rusiya digər qonşuları kimi MDB dövlətləri ilə də münasibətləri möhkəmləndirməyə çalışır və heç də səbəbsiz deyil ki, bir çox liderlər artıq Rusiya prezidentini qələbə münasibətilə təbrik etsə də, MDB liderlərinin təbrikləri Kremlin saytında xüsusi yer alıb. Azərbaycan isə MDB platformasını gücləndirən qeyd-şərtsiz məsuliyyətli dövlətdir.

İki ölkə xalqının hazırkı prezidentlərə güclü dəstək nümayiş etdirməsi onu deməyə əsas verir ki, bizim siyasətimiz bundan sonra da bir-birimiz üçün proqnozlaşdırıla bilən olacaq. Biz çalışacağıq ki, regionun digər dövlətləri də regionda belə konstruktiv sülh və əməkdaşlıq siyasətini dəstəkləsinlər.

Bu gün ciddi geosiyasi dəyişikliklər fonunda Rusiya ilə Azərbaycanı bir çox ümumi cəhətlər var. Və ilk növbədə, onlar suveren dövlətlərin siyasətini aparır, milli maraqlarını müdafiə edirlər, çoxqütblü dünyanın qurulmasında birgə iştirak edirlər və təbii ki, eyni istiqamətə baxırlar.

Vacib olan odur ki, həm Moskva, həm də Bakı dünyada bir qüvvənin hegemonluğunun olmaması prinsipinə əməl edəndə, hər bir ölkənin öz suverenliyini seçmək hüququna malik olduğu halda Rusiya və Azərbaycanı ümumi xarici siyasət yanaşması birləşdirir. Bu azad inkişaf yoludur və heç kimin ona təzyiq etmək hüququ yoxdur. Şiddətli geosiyasi qarşıdurma şəraitində bu, bizi daha da yaxınlaşdırır. Qərblilər hələ də hər kəsə hər şeyi öyrətmək haqqının onlara “Allahın tərəfindən verildiyinə” inanırlar. Kinik və kobudluq nümunəsi, hələ Rusiyada seçkilər təyin edilməmişdən əvvəl Qərb onları artıq etibarsız elan etmişdi. Birincisi, onlardan fikrini kim soruşdu, ikincisi, hələ baş tutmamış seçkilər necə “qanunsuz” sayıla bilər? Məntiq haradadır? Amma yox, görünür, müstəmləkə keçmişinə arxalanan Qərb dünyanın müxtəlif yerlərində başqa xalqların əsarət altına alınmasını “ağlının işığı” kimi təqdim edərkən, bu gün belə siyasətlə vidalaşmaq istəmir. Qərb ölkələri hələ də oxşar siyasətləri davam etdirə biləcəkləri inancı ilə yaşayırlar. Amma yox, dünya dəyişib. Rusiya artıq buna dözmür. Qərbin vaxtaşırı olmayan şeylərə görə qınadığı Azərbaycan da.

Biz xatırlayırıq ki, bu yaxınlarda Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə rəyində ATƏT/DTİHB onu alternativsiz seçki kimi qiymətləndirib, ABŞ və Aİ Bakını bu strukturun tövsiyələrini yerinə yetirməyə çağırıb.

Və bu gün biz Qərbin böyük ölkələrindən və strukturlarından Rusiyaya qarşı eyni ittihamları eşidirik. Onlar hesab edirlər ki, hər bir ölkədə hər şey onların əmri ilə baş verməlidir.

Rusiya və Azərbaycan birlikdə “Qlobal Cənub”un ümumi dost dövlətləri ilə münasibətləri eyni vaxtda gücləndirməyə başladılar. Təsadüf idi, daha doğrusu, həm Rusiya, həm də Azərbaycan bu strateji zərurəti gördü. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi 4 il ərzində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etdi və bu ikinci böyük beynəlxalq strukturun yeni mühüm institutlarını formalaşdırdı. Bütün bunlar Rusiyanın bu gün həyata keçirdiyi xarici siyasətə tamamilə uyğundur. Biz birlikdə Afrika və Latın Amerikası, həmçinin Çinlə əlaqələri inkişaf etdiririk. Biz birlikdə Qərbin neokolonial siyasətinə qarşı mübarizə mövzusunu qaldırırıq.

Xatırladım ki, 2022-ci ildə- Ukraynada xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Azərbaycan Prezidenti düzgün mövqe qoyaraq Rusiya ilə Müttəfiqlik Əməkdaşlığı haqqında tarixi Bəyannamə imzaladı. Jurnalistlər sonralar ondan “vaxtı geri qaytarmaq mümkün olsa, bu sazişdən imtina edərdinizmi” deyə soruşduqda o, cavab verdi ki, “yox, çünki müəyyən cari vəziyyətlər zamanla keçəcək və Bakının bu qərarı gələcək üçündür”. Bu, həm Azərbaycan rəhbərinin, həm də Rusiya liderinin uzaqgörən strateji yanaşmasıdır. Bu gün Rusiya və Azərbaycan Moskva üçün strateji əhəmiyyət kəsb edən layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizini birgə həyata keçirirlər. Qərbin Moskvaya qarşı sanksiyaları isə bizim əməkdaşlığımızı daha da gücləndirdi və yeni əməkdaşlıq sahələri açdı.

Rusiya, xatırladığımız kimi, Azərbaycanın mütəmadi təxribatlardan sonra işğal olunmuş ərazilərini hərbi yolla geri qaytarmağa məcbur olduğu vəziyyətə kifayət qədər sakit reaksiya verdi. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Moskva nəinki müharibəni dayandırmaq, hətta 30 ilə yaxındır həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə vermək üçün əlindən gələni edib. Rusiya üçtərəfli bəyanatın imzalanmasının qarantı oldu və bütün bu illər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına imkan yaratdı. O, bunu istəyir və indi bunun üçün mümkün olan hər şeyi edir.

- Ermənistanın baş naziri hələ də Vladimir Putini qələbə münasibətilə təbrik etməyib... Və faktiki olaraq, seçki məntəqələrindən çəkilmiş videogörüntülərə görə, respublika müxalifət düşüncəli Rusiya vətəndaşlarının qalalarından birinə çevrilib...

- Rusiya və Azərbaycan Ermənistanla sülh istəyir. Bu gün Ermənistanın özü isə, təəssüf ki, Rusiya və Azərbaycan bunu dəyişməyə nə qədər çalışsalar da, bölünmüş dünyanın barrikadalarının o biri tərəfində dayanır. Üstəlik, yaratmaqdan çox məhv etməyi qarşısına məqsəd qoyanların tərəfində.

Bugünkü Ermənistanın timsalında respublikanın hakimiyyət orqanları ilə xalqın mövqeyini bir-birindən ayırmaq lazımdır. Rəhbərliyin mövqeyi və xalqın mövqeyi. Erməni xalqı Rusiyanın yanında qalır. Təəssüf ki, Ermənistan bu gün Qərbin Rusiyaya qarşı mübarizə alətinə çevrilib. Ermənistan qərbyönlü kurs tutmuşdur və hər vasitə ilə Rusiyanı ləkələməyə və onun erməni xalqına xidmətlərindən imtina etməyə çalışır. Bəli, haələlik Nikol Paşinyan demək olar ki, yeganə MDB lideridir ki, Putini qələbəsi münasibətilə təbrik etməyib. Bəlkə də sonadək belə olacaq, amma belə olsa, səmimi olacaq...

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər