MİA

  • 4 081

Dmitri Solonnikov: Qərb Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır - MÜSAHİBƏ

image

"Ermənistandakı etirazlar, praktikanın göstərdiyi kimi, müvəqqəti xarakter daşıyır və heç bir effekti olmayacaq”

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanda müxalifətin hakimiyyətə qarşı davam edən mitinqlərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, Tavuş arxiyepiskopunun rəhbərlik etdiyi erməni müxalifəti mayın 9-da İrəvanda baş nazirə və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına qarşı mitinqdə 100 minə yaxın insan toplaya bilib. Müxalifətin yeni təyin olunmuş rəhbəri Paşinyana ultimatum verib ki, istefa verməsə, onun impiçmenti prosesi başlayacaq. Amma sonradan o, parlament müxalifətinin səslərinin prosesin başlaması üçün kifayət etmədiyini etiraf etdi.

- Biz müxalifətin oxşar iş nümunələrini və bu cür “işlərin” nəticələrini son illərdə dəfələrlə görmüşük. Yalnız bir sxem var - müxalifət bu və ya digər dərəcədə hakimiyyətə qarşı hərəkata rəhbərlik edəcək yeni adam axtarır, çünki köhnə siyasətçilərin əhali arasında inam yaratmadığı artıq bəlli olub. Yəni müxalifətin fəaliyyət planı eynidir. Daha sonra insanları küçələrə çıxarmağa cəhdlər edilir. Təcrübə göstərdiyi kimi, kütləvilik müvəqqətidir və sonra xeyli azalma olur.

İndi başqa vasitələrin olmadığı bir şəraitdə müxalifət insanları küçələrə çıxarmaq üçün dinə müraciət etmək qərarına gəlib. Az qala xalqa azadlıq, haqq, iman, öz tarixi uğrunda mübarizə aparan şəhidin belə gözəl obrazını yaratmaq kimi.

...Azərbaycanla sərhədin delimitasiyası prosesinin başladığı Tavuşdan uzun yoldan sonra müxalifət “azadlıq” hərəkatının rəhbəri kimi İrəvana gəlir. Onun qanlı ayaqlarının səsi eşidilir. Səs-küylü bəyanatlar verirlər. Biz çox yaxşı bilirik ki, onların kilsəsi ermənilər üçün tarixən hansı əhəmiyyətə malikdir, onların tarixində hansı rol oynamışdır. Arxiyepiskop isə artıq bəyan edir ki, xalq yeni baş nazir tapmalıdır. Və bu yeni lider heç bir mövcud siyasi partiyanı təmsil etməməlidir. Və beləliklə, o, belə bir missiyanı az qala özü üzərinə götürə biləcəyini bəyan edir. Mənzərə belədir...

Nikol Paşinyan kimi dövlət çevrilişi həyata keçirmək üçün müxalifətə ciddi kənar nəzarət olmalıdır, ciddi kənar maliyyə olmalıdır, prosesi yönləndirəcək, koordinasiya edəcək, beynəlxalq informasiya dəstəyi və siyasi təzyiqləri təşkil edəcək kuratorlar göndərilməlidir. Bu proses üçün ölkə rəhbərliyində adamlar olmalıdır. İndi nə görürük? Yeni etiraz dalğasının vahid təşkilati mərkəzinin olmamasını. Onlar Tavuşdan İrəvana kütləvi şəkildə insanları cəlb edə bilmədilər. Bəli, mayın 9-da İrəvanda kütləvi aksiya təşkil etdilər, ancaq bu, yalnız birdəfəlik kütləvi aksiya idi. “Qarabağ klanı” da oraya qarışıb. Həftə başladı - gördüyümüz şey: aksiyanın kütləviliyi yoxdur. İndi arxiyepiskop şənbə gününə nisbətən daha az izdihamla İrəvanı gəzir, həyətlərə, universitetlərə, Rəssamlar İttifaqına baxır və, öz ifadəsinə görə, özünün dediyi kimi, bir gün əvvəl insanları mitinqə çıxmağa “məcbur etmək” üçün gəlib. Amma camaat özü etiraz etmək istəsəydi, onlardan bunu tələb etməyə və şəhəri gəzib insanlarla danışmağa ehtiyac qalmazdı. Əgər müxalifətin bu etirazların təşkili üçün həqiqətən ciddi bir mərkəzi olsaydı, miqyası, kütləviliyi, cəlb olunan şəhərlərin sayı başqa olardı. Etirazlara, o cümlədən İrəvana kütləvi şəkildə insanlar daşınacaqdı. Bütün bunlar sponsorluq ediləcəkdi. Burada belə bir şey yoxdur.

Daimi çadır düşərgələri yoxdur və ya onlar qısamüddətli idi, hətta bundan sonra da təkcə Tavuşda hakimiyyətə daimi təzyiqlər ola bilər- parlament binasına, hökumətə basqın etmək cəhdləri yoxdur. Müxalifət yığışıb dağılır, yığışıb dağılır. Küçə fəaliyyəti naminə küçə fəaliyyəti- təşkilatçılığın bu səviyyəsində heç nə ola bilməz. Yeni qondarma müxalifət hərəkatının rəhbəri olan arxiyepiskop Paşinyana ultimatum verib ki, filan müddət ərzində postunu tərk etməlidir, əks halda impiçment proseduru başlanacaq. Sonra həmin arxiyepiskop etiraf edir ki, impiçmentə başlamaq üçün parlamentdə kifayət qədər səs yoxdur, çünki parlamentdəki hakim çoxluğu baş nazirin fraksiyası təmsil edir. Çox gülməlidir. Paşinyan yenə ultimatumu yerinə yetirmədi, bəs bundan sonra nə olacaq, müxalifət yenə nə edəcək? Eybi yoxdur. İstədiyiniz qədər belə bir prosedurun başlandığını elan edə bilərsiniz. Necə başlasan, elə bitir. Bunu hamı başa düşür. Paşinyan da.

- Bunun fonunda biz gördük ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda sülh müqaviləsi üzrə görüşdülər...

- Bəli, müxalifət Paşinyanı devirmək bəhanəsi ilə növbəti dəfə ölkəni geri atmağa, o cümlədən qonşusuna qarşı ərazi iddialarını qoruyub saxlamağa çalışsa da, Bakı və İrəvan bütün dünyada kifayət qədər yaxşı dialoq qurmaqda davam edirlər. Və hətta nəticələrlə. Bu həm Ermənistan, həm də Azərbaycan üçün açıq-aydın daha yaxşıdır. Sülh prosesi irəliləyir. Allaha şükür. Yaxşı haldır ki, İrəvan son vaxtlar bəyanatlarını daha çox Azərbaycanla sülhə yönəldib. O, artıq danışıqlarda üçüncü vasitəçiliyə ehtiyac olduğunu qeyd etmir və birbaşa danışıqlara razıdır. O, Azərbaycanı daha az tənqid edir və daha çox sülh müqaviləsinin imzalanmasından danışır.

Amma onların tezliklə sənədi imzalamağa hazır olduqları barədə bəyanatlar əvvəllər də İrəvandan dəfələrlə eşidilib. Və son tarixlər hər zaman dəyişir. Ona görə də Paşinyan bu haqda danışdığı üçün noyabra kimi sülh sazişinin olacağını dəqiq söyləmək tezdir. Hələlik bunlar sadəcə söz olaraq qalır. Prosesin son mərhələsinə çatdığını söyləmək də mümkün deyil. Amma danışıqlar prosesinin özü dayandırılmayıb, proses davam edir, konstruktiv irəliləyiş var.

Azərbaycan ənənəvi olaraq prosesdə güclü mövqe tutur. O, erməni tərəfinə təsir göstərərək tələblərinin yerinə yetirilməsinə nail olur.

Paşinyan həqiqətən də Azərbaycanla mümkün qədər tez sülh imzalamalıdır. Nə qədər gözləsə, quyruğunu xırda-xırda doğrasa, müxalifət də bundan daha çox yararlanacaq. Onun bu prosesə son qoyması və yeni səviyyəyə qalxması müsbət hal olardı. Bu arada yeni bir inkişaf yoxdur, amma onun əleyhdarlarının onu tənqid etmək və küçələrə çıxarmaq üçün istifadə etdiyi bir vəziyyət var. Və nə qədər çox çəksə, bir o qədər də bundan yararlanacaqlar.

- Niyə gözləyir?

- Ola bilsin ki, o, hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalayan kimi hətta onun ABŞ və Aİ-dən olan kuratorları belə hesab edə bilərlər ki, o, öz tapşırığını yerinə yetirib və gedə bilər.

Əslində, qazandığı milyonlarla Qərbə - Parisə, Londona, Mayamiyə getməsinə icazə verilsə, hər şey onun üçün yaxşı bitəcək. Risklər məsələsi. Nə qədər ki, o, baş nazirdir, onun müəyyən təhlükəsizlik təminatları var. O, vəzifədən getsə, bu təminatların öz yerində qalıb-qalmayacağı sualı ortaya çıxacaq.

- Azərbaycan prezidenti bu yaxınlarda dedi ki, ABŞ və Fransa Bakıya qarşı silaha sarılan əsas ölkələr oldu. Və xəbərdarlıq etdi ki, İrəvana silah tədarükü qırmızı xətti keçərsə, heç kim inciməsin...

- Cənubi Qafqaz ABŞ-ın diqqət mərkəzində qalır. Onlar hər yerdə vəziyyəti gərginləşdirməyə çalışırlar: Zaqafqaziyada, Qərbi Asiyada və digər regionlarda, xüsusən də postsovet məkanında və Rusiyanın yaxınlaşmağa çalışdığı ölkələrdə. ABŞ-ın dəstəyi olmasaydı, Avropa İttifaqı bu bölgələrə girməzdi. ABŞ Avro-Atlantik tərəfdaşlıqda liderdir.

Birləşmiş Ştatlar üçün vəzifə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının onların diktəsi ilə həyata keçirilməsini təmin etməkdir ki, Vaşinqton sülh sazişinin qarantı kimi müəyyən edilsin, Amerika və NATO öz kontingentini Qafqaza daxil etsinlər. Öz siyasi nümayəndələrini bölgəyə, o cümlədən Ermənistana göndərirlər. ABŞ Cənubi Qafqazda vəziyyətin əsas moderatoru olmaq istəyir. Sülh prosesinin tərəfləri bu şərti birmənalı qəbul etməyənə qədər, Vaşinqton təzyiq göstərəcək, əsas oyunçu olduğunu nümayiş etdirəcək və demək istəyir ki, onun qərarı olmadan, onun birbaşa müdaxiləsi olmadan irəliyə doğru heç bir şey bağlanmayacaq və bunsuz sülh olmayacaq. Bu, ABŞ-ın mövqeyidir. Bəli, onlar üzdə sülh tərəfdarıdırlar, ancaq sülh üçün deyil, öz diktələri, əsas hakim və arbitr olacaqları, tərəflərin mövqelərinə nəzarət edəcəkləri və vəziyyətə nəzarət edəcəkləri bir sülh üçün gələcəklər. Bu cür sülh onlara yaraşır.

Ona görə də Azərbaycan altı ay əvvəl gözlənilmədən ABŞ-ı ardıcıl və sərt şəkildə tənqid etməyə başladı və etməkdə də davam edir. Bakı tamamilə haqlı olaraq Ermənistanla ikitərəfli əsasda vasitəçilərsiz, xüsusən də Cənubi Qafqazla heç bir əlaqəsi olmayan, Yür kürəsinin o biri başında- okeanın o tayında yerləşən dövlətlərin və strukturların prosesə və sənədlərə müdaxilə etmədən sülh sazişinin əldə olunmasını istəyir. Bu cür müdaxilə açıq şəkildə dağıdıcıdır. Azərbaycan bu barədə kifayət qədər məntiqli danışır, lakin ABŞ təbii ki, öz xəttində qalmaqda davam edəcək. Ona görə də Bakı ilə İrəvan arasında sülh prosesinin yekun yekunlaşdığını söyləmək mümkün deyil.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər