“İlk ölkə arasında bütün məsələləri özündə əks etdirən müqavilə əvəzinə, ondan yalnız ayrı-ayrı bəndləri götürməklə sülh müqaviləsinin imzalanması təklifi çaşdırıcıdır”
Baş nazir Paşinyan media üçün son mətbuat konfransı zamanı həmişə olduğu kimi, gəldiyi qənaətin məntiqsizliyi və absurdluğu ilə hamını heyran qoydu. Belə ki, Paşinyanın sözlərinə görə, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları da var. Ermənistanın baş naziri Azərbaycanın Ermənistanın hərbiləşdirilməsi planlarını qəbul etməməsindən də qəzəblənib.
Bakının reaksiyası dərhal ortaya qoyuldu. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, Ermənistanın baş nazirinin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə və regionda sülh və təhlükəsizliyin təmin edilməsi səylərinə zidd olan bir sıra bəyanatlar verməsi təəssüf doğurur.
Xarici ekspertlər və politoloqlar Paşinyanın yeni açıqlamalarının mahiyyətini necə qiymətləndirirlər?
Belə ki, “A+Analytics” tədqiqat mərkəzinin rəhbəri, qazaxıstanlı politoloq Fərhad Kasenov hesab edir ki, Ermənistanın baş nazirinin avqustun 31-də verdiyi bəyanatlar Cənubi Qafqazda dinc yanaşı yaşayışın bərqərar olması mövzusu ilə maraqlanan ekspertlərin diqqətini cəlb edib. Onun Caliber.Az-la söhbətində qeyd etdiyi kimi, ilk baxışdan Paşinyan son zamanlar qarşıdurma ritorikasını yumşaldıb və kənar müşahidəçidə hətta Ermənistanın baş nazirinin “sülh göyərçini” rolunu oynaması kimi yanlış təəssürat yarada bilər.
“Ermənistan rəhbərliyi söz oyunları ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”
“Lakin səslənən tezislərin ətraflı araşdırılması göstərir ki, 2020-ci ildən bəri davam edən sülh müqaviləsinin məzmununu dəyişdirmək cəhdi var. Mətni uzun müddət ərzində hər iki ölkə tərəfindən diqqətlə razılaşdırılan və iki ölkə arasında dinc qarşılıqlı əlaqəni təmin edən bütün bəndləri özündə əks etdirən müqavilə əvəzinə, ondan yalnız ayrı-ayrı bəndləri özündə əks etdirən sülh müqaviləsinin imzalanması təklif çaşdırıcıdır.
Bu cür qəribə təşəbbüsün media effektinə nail olmaqdan başqa mahiyyətinin nədən ibarət olduğu tam aydın deyil və üstəlik, geosiyasi qüvvələr balansının dəyişməsi ərəfəsində danışıqlar prosesini bilərəkdən ləngitmək, ya da hansısa himayədar siyasi qüvvə axtarışı ilə bağlı fikirlər doğurur. Bu, məsuliyyəti erməni siyasətçilərinin yeni nəslinə keçməyə imkan verəcək siyasi vəziyyət deyil”– politoloq soruşdu.
F.Kasenovun sözlərinə görə, İrəvan ərazi mübahisələrinə və Ermənistanın Azərbaycana qarşı iddialarına son qoyacaq konstitusiya islahatlarına ehtiyac qalmamaq üçün beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
“Konstitusiya ölkədə ən yüksək sənəddir və orada qonşu ölkənin ərazi bütövlüyünü tanımayan digər sənədlərə istinadların olması, şübhəsiz ki, cəfəngiyyatdır, üstəlik, onu uzunmüddətli sülh üçün yaxşı əsas hesab etmək olmaz, çünki apriori revanşizm elementini ehtiva edir.
Paşinyanın Ermənistan və Azərbaycan konstitusiyalarının müqayisəsi məntiqsiz görünür, nəzərə alsaq ki, Azərbaycan Respublikasının əsas qanununda Ermənistan ərazisinə, eləcə də digər qonşu dövlətlərə qarşı heç bir iddia yoxdur. Paşinyanın avqustun 31-də söylədiyi bu və digər sözlər belə qənaətə gəlməyə imkan verir ki, Ermənistan rəhbərliyi sülh müqaviləsinin bağlanmasını ləngitmək cəhdlərinin zərərli olduğunu tam başa düşmür və öz ölkələrinin gələcək inkişafı üçün təhlükəli qeyri-müəyyənlik elementi yaradır”. F.Kəsənov vurğuladı.
Bununla yanaşı, rusiyalı politoloq Vladislav Gerdinin fikrincə, Paşinyan bir daha göstərdi ki, o, Bakı ilə münasibətləri dürüst və açıq dialoq formatında qurmaq niyyətində deyil. İrəvan növbəti dəfə faktları təhrif edir və ifadələrlə manipulyasiya edir.
“Bakı yaxşı bilir ki, İrəvan, demək olar ki, bütün öhdəliklərindən asanlıqla imtina edə bilər”
“Biz görürük ki, Paşinyan son altı ayda verdiyi bəyanatları çox asanlıqla təkzib edir. Eyni zamanda, o, bir neçə həftə əvvəl Rusiyanı Ermənistana hücum hazırlamaqda və bütün müttəfiq öhdəliklərinə xəyanət etməkdə ittiham etsə də, Bakı ilə İrəvan arasında danışıqlarda Moskvanın vasitəçiliyini tam qəbul edir. Bu gülməli deyil? Sanki Paşinyanın beyni diqqətlə yuyulub və şüuru yenidən işə salınıb, ya da Ermənistanın baş naziri və katibləri onun açıqlamalarını və deyilənlərin mahiyyətini dərk etmirlər.
Paşinyan sülh müqaviləsindən danışarkən, deyəsən, Azərbaycanın səbrini sınayır. “Biz yalnız razılaşdırılmış maddələri və mətnləri götürüb sülh müqaviləsi kimi imzalayırıq”,- deyə Ermənistanın baş naziri deyir, sanki söhbət hansısa keçid bəyannaməsi və ya departamentlər arasında hansısa sazişin bağlanmasından gedir. Amma Bakı yaxşı bilir ki, İrəvan, demək olar ki, bütün öhdəliklərindən asanlıqla imtina edə bilər. Və “yeri gəlmişkən” imzalanmış belə bir sülh müqaviləsi əraziləri ələ keçirməyə, tarixi təhrif etməyə meylli Ermənistanın siyasətinə tam uyğun gəlir”,- deyə V.Qerdin yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb