PDF Oxu

MİA

  • 4 599

Qərbin Azərbaycana qarşı siyasəti heç vaxt bitməyib - MÜSAHİBƏ

image

Müasir Dövlət İnkişafı İnstitutunun (Rusiya) direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Qərb ölkələrindən Azərbaycanla bağlı reallıqla bağlı olmayan siyasi “klişelərin” niyə getdikcə daha çox eşidilməsi barədə fikirlərini açıqlayıb. Politoloqun müsahibəsini oxucularımıza təqdimedirik.

- Biz görürük ki, Qərb ölkələri Azərbaycana münasibətdə getdikcə bir növ siyasi “klişe”lər səsləndirir və bununla da, görünür, Ermənistan-Azərbaycan prosesində öz simpatiyalarını açıq qeyd edirlər. Yenə də Azərbaycanın Qarabağ ermənilərinə qarşı “təcavüzündən”, Ermənistan ərazilərinin “işğal”ı haqqında danışırlar. Makron daha bir bəyanat verdi ki, bütün beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycandan qorumaq və dəstəkləmək üçün birləşməlidir. Kamala Harris də Ermənistanı dəstəkləyib, ermənilərin Qarabağa qayıtmalı olduğunu bildirib. Azərbaycanı tənqid edən ölkələrin siyahısını davam etdirmək olar...

- Aydındır ki, Qərb öz mövqelərini və Cənubi Qafqaz üzərində nəzarəti bərqərar etmək siyasətini irəli sürməkdə davam edir. Ona görə də müəyyən dərəcədə Azərbaycanla bağlı siyasi informasiya müharibəsi gedir. Azərbaycan Respublikası Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarmazdan əvvəl necə həyata keçirilirdisə, eynilə. Deyə bilərik ki, Bakı ilə bağlı bu siyasi informasiya müharibəsi bitməyib. Bəlkə də bir az səngimişdi, amma bitməmişdi. Bu müharibə, ümumiyyətlə, Birinci Qarabağ müharibəsi ilə yanaşı başlandı.

Birləşmiş Ştatlar 1992-ci ildə keçmiş Sovet respublikalarına yardım göstərməyi nəzərdə tutan qondarma Azadlığa Dəstək Aktını qəbul etdikdə. Erməni lobbisinin təzyiqi ilə bu akta 907-ci düzəliş qəbul edilmişdir ki, Bakı Ermənistana və Qarabağa qarşı bütün blokadalara və digər hücum xarakterli güc tətbiqinə son qoymayana qədər Azərbaycan Respublikasına yardım göstərilə bilməz. Yəni, o zaman da Vaşinqton özü qərara gəldi ki, işğalçı Ermənistanı deyil, Azərbaycanın simasında qurbanı ittiham etmək siyasətini təbliğ edəcək. Yəni Ermənistana stavka etdi. Və Qərb üçün faydalı olmayan məlumatlar- məhz Azərbaycan ərazilərinin işğal edildiyi və Ermənistanın işğalçı olduğu, bir milyon azərbaycanlının Qarabağdan qovulduğu barədə- Qərbin 30 ilə yaxın susmağa üstünlük verdiyi məlumdur və indi də susur. Amma erməni tərəfi qurban kimi göstərilir.

Fransa da məlum səbəblərdən ölkədə nüfuzlu erməni diasporunun olması səbəbindən daha çox Ermənistana “rəğbət bəsləyirdi”. İkinci Qarabağ müharibəsindən sonra isə informasiya siyasəti ilə bağlı vəziyyətin dəyişəcəyi görünürdü. Axı Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini müstəqil şəkildə yerinə yetirdi. O, qanuni hüququndan istifadə edib. O, Qərbin danışmağı sevdiyi ədaləti bərpa etdi. Amma təbliğat istiqaməti və vəziyyəti qiymətləndirmək dəyişmədi, əksinə daha da gücləndi. 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı Qərb Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasında vasitəçilik etməyə çalışdı. Lakin o, şansını əldən verdi və sonda Rusiya iki Cənubi Qafqaz ölkəsini sülhə gətirdi. Nəticədə Qərb özünü məyus hiss etdi və daha da qəzəbləndi.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ildən-ilə daha da güclənir. Bu, ABŞ və Fransanın xoşuna gələ bilməz. Üstəlik, Rusiya ilə Qərb arasında münaqişənin davam etdiyi və gələcək dünya nizamının taleyinin mahiyyətcə həll olunduğu fonda, öz müstəqilliyini elan edən, geosiyasi və geoiqtisadi sahədə lider kimi meydana çıxacaq ölkələri Qərb bəyənə bilməz. Və burada Qərb Ermənistandan və onun himayədarı Nikol Paşinyandan fəal şəkildə öz aləti kimi istifadə edir. Belə görünür ki, Ermənistan iki dəfə- 2020-ci ilin payızında və 2023-cü ilin payızında ən ağır hərbi-siyasi məğlubiyyətə uğramış məğlub ölkə kimi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmalara təvazökarlıqla əməl etməlidir.

Ermənistan sülh planı üzərində işləyir. Lakin biz görürük ki, İrəvan nəinki üçtərəfli bəyanatın bir çox bəndlərini yerinə yetirə bilməyib, üstəlik, ardıcıl olaraq onları təkzib etməyə çalışır. Beləliklə, Qərb Zaqafqaziyada Rusiyadan qisas almağa çalışır. Və bunu Paşinyan vasitəsilə edir. Ermənistanın baş naziri ABŞ-ın ona təyin etdiyi planı ardıcıl surətdə həyata keçirir və ona əsasən nümayiş etdirməlidir ki, Rusiya, İrəvanın fikrincə, Ermənistan-Azərbaycan nizamlanmasında heç olmasa hansısa istiqamətdə artıq vasitəçi ola bilməz. Əslində, Yerevan bunu artıq açıqlayıb və Rusiya platformasında danışıqlar aparmaqdan imtina edir.

Biz görürük ki, Qərbdə Azərbaycanla bağlı informasiya müharibəsi, ümumiyyətlə, heç bitməyib. Və burada məsələ ədalətin harada olub-olmaması deyil. Siyasət bununla bağlı deyil. Və fakt budur ki, bu, Qərbə sərf edir. Qərbin Azərbaycanı tənqid etməsi, onu gərginləşdirməsi, Ermənistanın xeyrinə açıq bəyanatlar verməsi faydalıdır. Çünki orada Əliyevə dəstək verilməyəcək. Paşinyan isə Qərbin Cənubi Qafqazdakı problemlərini həll edən öz adamıdır ki, orada vəziyyətə Qərbin nəzarəti bərqərar olsun. Ona görə də Qərb İrəvana Azərbaycanla sülh sazişinin imzalanmasını gecikdirməyi məsləhət gördü.

Yaxşı, Zaqafqaziyada hər şey yaxşı getsə, Qərb nə qazanacaq? Heç nə. Sülh prosesini dayandırmaq onun xeyrinədir. Ermənistanı silahlandırmaq, onu özü üçün yenidən hazırlamaq, tamamilə Qərbin nəzarətinizdə saxlamaq. Müvafiq olaraq, Ermənistan hakimiyyətinin Azərbaycana kritik məqamlar olmadan sülh sazişi imzalamaq təklifi Qərbin və İrəvanın yaxın gələcəkdə bu sülh sənədinin imzalanmamasını təmin edəcək bir vasitədir. Bu o deməkdir ki, sonsuz müzakirə etmək, boşboğazlıq etmək üçün vaxt olacaq. Ümumiyyətlə, 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalı zamanı gördüklərimiz budur. Bəli, Azərbaycan qalibdir. Amma o, əvvəllər təzyiq edildiyi kimi, davamlı olaraq təzyiqlərə məruz qalacaq. Bunu Qərbin Rusiyaya münasibəti ilə müqayisə etmək olar: hər zaman nəyəsə qarşı sanksiyalarla çıxış edir.

Azərbaycan və Ermənistan sülh sazişi imzalasa belə, İrəvanın ona əməl edəcəyinə zəmanət yoxdur.

Önəmli olan odur ki, Azərbaycan öz ərazilərini geri qaytardı və başqalarına nümunə oldu. Lakin o, hər cəhətdən güclənməyə davam etməlidir. Bu gün qərbyönümlü olan alternativ beynəlxalq təşkilatlara - BRİKS, ŞƏT-ə yaxınlaşmaqdan başqa seçim yoxdur, bu həm türk dünyasında, həm də bütövlükdə dünyada mövqelərini gücləndirmək deməkdir. Əgər Azərbaycan indi olduğu kimi öz mövqeyini gücləndirsə, müxtəlif strukturlarda gündəmi diktə etsə, təşəbbüslərlə çıxış etsə, ona təzyiq edənlərlə mübarizə aparmaq imkanları daha çox olacaq. Bundan əlavə, Azərbaycan öz maraqlarını müdafiə etməli və müharibəyə hazırlaşmalı olacaq.

- Bu yaxınlarda Sergey Lavrova Əliyevlə Paşinyan arasında görüşün Rusiyada keçiriləcək MDB və BRİKS tədbirləri fonunda baş tutması ehtimalı ilə bağlı sual verildi. Nazir bildirib ki, bu, Bakı və İrəvanın istəklərindən asılı olacaq. Belə bir görüş nə dərəcədə realdır?

- Mən belə deyim: Qərbə Əliyevlə Paşinyan arasında görüşlər lazım deyil ki, Cənubi Qafqazda öz mövqelərini təbliğ etsin. Əgər Qərb hesab etsə ki, Rusiya platforması bunun üçün istifadə edilə bilər, o zaman Ermənistanın baş nazirinə yaşıl işıq yandırılacaq. Görək bu yaşıl işığı yandıracaqlarmı? Təbii ki, Qərb hesab edir ki, onların platformaları üzrə danışıqlar Ermənistanın baş nazirinin qarşısına qoyulan tapşırıqların daha tez həyata keçirilməsinə gətirib çıxara bilər. Və dediyim kimi, Paşinyan ABŞ-ın regionu öz nəzarətinə götürməsi işinə töhfə verir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər