Warning: opendir(/home/siaaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/siaaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Fikir, söz, məlumat azadlığına, plüralizmə ölkəmizdə diqqət və qayğı var”

MİA

  • 3 097

“Fikir, söz, məlumat azadlığına, plüralizmə ölkəmizdə diqqət və qayğı var” - TƏHLİL

image

Fikir, söz və məlumat azadlıqları cəmiyyətin əsas azadlıqları hesab olunur və plüralist cəmiyyətin yetişməsi üçün ən vacib şərt sayılır. Şübhəsiz ki, bu azadlıqlar ilk növbədə mətbuatdan başlayır, hansıki, bu baxımdan mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Əbəs yerə deyil ki, mətbuat cəmiyyətin güzgüsü sayılır, çünki mətbuat dövrün bütün gerçək təsvirlərini təqdim etmək, cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirmək kimi missiyanı daşıyır. Məhz bu missiyanın tərəfsiz olaraq yerinə yetirilməsi fikir, söz və məlumat azadlıqlarının, plüralizmin əsas şərtidir və bu baxımdan şəffaflıq gözlənilməldir.

“Plüralis” sözü latın dilindən tərcümədə “çoxluq” mənasını ifadə edir və məhz ictimai-siyasi həyatda daim rəqabətdə, mübarizədə olan qrupların, partiyaların, təşkilatların, hətta ideyaların və baxışların çoxluq təşkil etdiyi cəmiyyət plüralist cəmiyyət hesab olunur. Bu baxımdan deyə bilərik ki, çoxpartiyalılığın olması, hakimiyyətin müxtəlif muxtar mərkəzlərə bölünməsi, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin”, yəni həqiqi müstəqil mətbuatın olması plüralist cəmiyyətin mövcudluğundan xəbər verir və elə bu baxımdan Azərbaycanda plüralist cəmiyətin, plüralizmin varlığı öz təsdiqini tapır. Çünki, fikir, söz, ifadə, məlumat azadlığına ölkəmizdə heç bir məhduluyyət qolyulmur, hətta maneələr belə yoxdur və təkcə mətbuat səhifələri deyil, sosial şəbəkələrdə paylaşımlar, azad şəkildə fikir ifadə edilməsi, sosial medianın olması ölkəmizdə bu azadlıqların qorunduğunu, plüralist cəmiyyətin varlığını göstərir.

Bildiyimiz kimi, hər bir ölkədə fikir, söz, məlumat azadlığı, plüralizm insanların hüquq və azadlıqlarının ayrılmaz hissəsidir və demokratiyanın nə dərəcədə inkişaf etdiyini nümayiş etdirir. Ölkədə demokratiyanın ölçülməsində bu hüquq və asadlıqların əsas indiqatorlardan olması da təsadüfi deyil və demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi xarakterizə edilir. Bütn bunlar isə onu deməyə əsas verir ki, ölkəmizdə demokratiyanın mövcudluğuna zərrə qədər şübhə ola bilməz. Çünki, Azərbaycanda istənilən məsələyə müstəqil fikir bildirmək, mövqe sərgiləmək imkanı məhdudlaşdırılmayıb. Əgər azad şəkildə internetdən istifadə, sosuial şəbəkələrdə paylaşımlar edilirsə, fikir, söz, məlumat azadlığından istifadə edilirsə, deməli, insanların hüquq və azadlıqlarına heç bir maneə belə yoxdur və bu özü də ölkədə demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyir.

Təbii ki, plüralizmin, demokratiyanın inkişafına dövlət dəstəyi, dövlətin diqqət və qayğısı əsaslı rol oynayır. Ölkəmizdə çoxlu sayda partiyaların mövcudluğu, bu partiyaların fəaliyyətinə dövlət dəstəyi plüralizmin inkişafına əsaslı zəmin yaradır. Eləcə də fikir, söz, məlumat azadlığı üçün dövlətin yaratdığı şərait də öz növbəsində müsbət təsir göstərir və müstəqil medianın inkişafına dövlət dəstəyi də göz önündədir. Ölkəmizdə media haqqında yeni qanun da məhz medianın, mətbuatın inkişafına öz tövhələrini verməkdədir və bundan sonra daha böyük tövhələr verəcəyini cəmiyyətin inamı böyükdür. Elə bu baxımdan da cəsarətlə deyə bilərik ki, fikir, söz, məlumat azadlığı, plüralizmin inkişafında dövlətimizin rolu təkzib edilə bilməz.

İnsanların müstəqil fikir ifadə etmək arzusu hər zaman, özü də hər bir cəmiyyətdə olub. Çünki, müstəqil düşüncə ifadə etmək arzusu bilavasitə söz və məlumat azadlıqları ilə gerçəkləşir. Fikir, söz və məlumat azadlıqları isə öz növbəsində fikir müxtəlifliyinə yol açıq, həqiqətin, gerçəkliyin üzə çıxmasına zəmin yaradır. Fikir, söz, mətbuat azadlığı uğrunda xalqımızın apardığı mübarizənin də dərin tarixi kökləri var və müstəqil mətbuatımızda bu mübarizənin rolu həddindən artıqdır. Hələ on doqquzuncu əsrdə, Tiflisdə çıxan "Tiflisskiye vedomosti", "Kavkaz", "Zakavkazskiy vestnik", "Novoye obozreniye" və başqa rus qəzetlərində Azərbaycan xalqının ədəbi həyatına aid yazılar dərc edilirdi, özü də rus dilində. "Tiflis əxbarı" adlı Azərbaycan dilində nəşr olunan ilk qəzet 1832-ci ildə Tiflisdə nəşr olunmağa başlayıb. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın o dövrdə yaşamış ziyalıları, görkəmli şəxsiyyətləri milli mətbuatın yaradılması üçün uzun illər mübarizə aparıblar və məhz bu mübarizə sayəsində görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə 1875-ci il iyulun 22-də Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzeti nəşr olunmağa başlayıb. Daha dəqiq desək, "Əkinçi" qəzetinin nəşr olunması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub və məhz 22 iyul tarixinin Milli Mətbuat Günü kimi qeyd olunması həmin nəşrin işıq üzü görməsi ilə əlaqədardır.

Doğrudur, “Əkinçi” qəzeti işıq üzü görsə də o dövrdə çarizmin təsir dairəsi altında idi və söz, fikir azadlığından söhbət belə gedə bilməzdi. Sonradan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə söz, fikir azadlığı üçün münbit şərait yarandısa da, bu da uzun sürmədi. Cəmi 23 ay ömrü olan bu Cümhuriyyət dağıdıldıqdan sonra bu dəfə də milli mətbuatımız sovet ideologiyasının təsirinə 70 il məruz qalmalı oldu. Nəhayət, müstəqilliyimizi bərpa etdikdən sonra milli mətbuatımız sözün əsl mənasında azad mərhələyə, intibah dövrünə başladı. Müstəqilliyin əldə edilməsindən bu vaxta qədərki zaman fasiləsində Azərbaycanda söz və fikir azadlığı istiqamətində olan keyfiyyət dəyişiklikləri təkzibeliməzdir. Bu istiqamətdə qəbul olunan normativ hüquqi aktlar da öz növbəsində keyfiyyət dəyişikliklərini şərtləndirir. Müstəqilliyin bərpasından və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ulu Öndərin 1998-ci il 18 iyun tarixində imzaladığı Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, eləcə də, həmin il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkədə fikir, söz, mətbuat azadlığına əlverişli şərait yaradan ilk normativ aktlardır ki, bu hüquqi baza mətbuatımızın bu günkü inkişafına əsaslı zəmin yaratmış oldu. Müstəqil Dövlətlər Birliyi məkanında ilk olaraq Azərbaycanda senzuranı ləğv edilməsi, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarətinə birdəfəlik son qoyulması fikir, söz, mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratdı. "Kütləvi informasiya vasitələri haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının bir-birinin ardınca qəbul olunması cəmiyyətin dinamik şəkildə demokratikləşməsini şərtləndirdi, eləcə də fikir, söz, mətbuat azadlığına öz tövhələrini verdi. Bu baxımdan da deyə bilərik ki, bu qanunvericilik bazası əsas insan azdlıqlarının bugünkü yüksək səviyyəyə çatmasına əsaslı zəmin yaratdı, mətbuatın inkişafına stimul verdi.

Dövlətimizin fikir, söz və məlumat azadlığının, mətbuatın inkişafına dəstəyi, qayğısı bu gün də davam edir və cəmiyyətimiz bunu hər daim hiss etməkdədir. Jurnalistlərə ayrılan diqqət, qayğı göz önündədir və bu hal fikir, söz, məlumat azadlığıana əhəmiyyət verildiyini təsdiqləyir. Ölkə başçısının jurnalistləri özünün köməkçisi adlandırması da plüralizmin göstəricisi, söz, ifadə, məlumat azadlığına yaradılan şəraitin, ayrılan diqqətin təzahürüdür. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin mətbuata həssas münasibəti xarici mətbuatın da diqqətindən yayınmayıb və ölkə başçımızın qəbulunda olan zaman Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun mətbuatı İlham Əliyevin şəxsən izlədiyini hiss etdiyini dilə gətirməsi bunu təsdiq edir. Təsdiq edir ki, ölkəmizdə mətbuata göstərilən həssas münasibət xatici mətbuatın da diqqət məkəzindədir və yüksək dəyərləndirilir.

Sadalananlara istinad edərək, ölkəmizdə fikir, söz, məlumat azadlığının qorunduğunu deməyə hər birimizin haqqı çatır. Onu da vurğulamaq, hətta etraf etmək yerinə düşərdi ki, hazırda milli mətbuatımız özünün ən uğurlu, şəffaf fəaliyyət dövrünü yaşayır və dinamik inkişaf mərhələsindədir. Bu dinamika isə öz növbəsində fikir, söz, məlumat azadlığının gələcəkdə daha üstün səviyyədə olacağına nəinki ümidləri artırır, buna əsaslı zəmin də yaradır.

İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Digər xəbərlər