Müsavatın buraxılması reallığa çevrilir
Müxalif partiyalar daxilində baş verən qarşıdurmalar daha çox Müsavatda özünü göstərdiyi müşahidə olunur. Bunun da səbəbi partiyanın dağılmasına görə, İsa Qəmbərovun günahlandırılmasıdır. Hətta Gülağa Aslanlı, Qabil Hüseynli, Vurğun Əyyubov kimi partiya funksionerləri baş verən uğursuzluqlara cavab kimi İ.Qəmbərovun istefasını tələb edirlər.
Daha doğrusu, dünən keçirilən Divanın ənənəvi toplantısında Müsavat seçki qərargahının katibi G.Aslanlı bələdiyyə seçkilərinin də partiya üçün uğursuz olacağını söyləyib. Fikirini də, onunla əsaslandırıb ki, yerlərdə Müsavatın dayaqları qalmayıb. İ.Qəmbərovun səhv seçki siyasəti partiyanın əksər rayon təşkilatlarının buraxılmasına gətirib çıxarıb.
G.Aslanlının mövqeyini haqlı hesab edən V.Əyyub Müsavatın yerli təşkilatlarının yenidən qurulmasına ehtiyac olduğunu söyləyib. V.Əyyub onu da əlavə edib ki, yerli təşkilatların bərpa edilməsi çətin olsa da, bələdiyə seçkilərinə start verilənə qədər bunun edilməsi vacibdir. Əks təqdirdə seçkiyə qatılmaq mənasızdır.
Divanın iclasında iştirak edən, adının çəkilməsini istəməyən Müsavat funksionerinin dediyinə görə, İ.Qəmbərov bütün təzyiqlərə, təhqirlərə baxmayaraq, başqanlıqdan istefa verməyəcəyini bildirib. Onuda qeyd edib ki, kim onun idarəetmə üsülunu qəbul etmirsə, partiyadan gedə bilər.
Bir sözlə, Müsavatda cərəyan edən acınacaqlı proseslər onu deməyə əsas verir ki, aşağılardan başlayan narazılıqlar yuxarılara da sirayət etməkdədir. Bu isə Müsavat üçün heç də, arzuolunan uğurlu vədlərdən xəbər vermir. Ekspertlərin də, gəldiyi qənaətə görə, İ.Qəmbərov narazılarla qarşıdurmadan geri çəkilməyəcəyi təqdirdə, Müsavatın buraxılması qaçılmaz olacaq. Ola bilsin ki, İ.Qəmbərov xaricdən aldığı pul gücünə Bakı şəhərində dayaq dəstələri saxlasın. Amma bu da İ.Qəmbərov üçün siyasətdə qalmasına bəs etməyəcək. Çünki praktikada E.Məmmədovun bu metoddan istifadəsinin uğurlu nəticə vermədiyi bəlli oldu. Rəsul Quliyevin də bölgə təşkilatlarını itirməli olsa da, Bakıda dayaq dəstəsi saxlamaqla siyasət də qalmaq niyyəti iflasa uğradı.
Bütün bunlara əsaslanaraq, demək olar ki, İ.Qəmbərovun həyata keçirmək istədiyi plan nəticə verməyəcək. Ya narazıların tələblərini yerinə yetirmək, ya da, rüsvayçılıqla siyasətdən getmək lazım gələcəkdir.