PDF Oxu

Müxalifət

  • 2 571

Siyasiləşmiş QHT-lər

image

Azərbaycanda çoxsaylı QHT-lər, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar, ictimai birliklər fəaliyyət göstərməkdədir. Bu təşkilatların quruculuq, eləcə də praktiki fəaliyyətlərində bir sıra istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir.

Lakin təəssüflər olsun ki, dünya praktikasında özünəməxsus vəzifə və səlahiyyətlərini unudub yalnız şəxsi və korporativ maraqlarını təmin etmək məqsədi güdən bir qrup "siyasifasonların" idarə etdiyi siyasətləşmiş QHT-lər də var. Ölkəmizdə də bu cür QHT-lərin sayı heç də az deyil. Onların əsas gəlir mənbələri dövlətimizin uğurlarını gözü götürməyən xarici destruktiv qüvvələrin ayırdığı qrantlardır. Bu qrantları almaq üçün həmin təşkilatlar "dəridən- qabıqdan çıxır". Əsas uydurmaları isə ölkədə insan hüquq və azadlıqlarının pozulması və "siyasi məhbus"larla bağlıdır.

"Sülh və Demokratiya İnstitutu", "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu", "Hüquq Maarifçiliyi Cəmiyyəti", "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" və bu kimi digər təşkilatlar böyük məğləğdə qrantlar müqabilində, insan hüquqlarının müdafiəsi adı altında xarici təşkilatlara və dairələrə "donos"lar göndərməklə, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməklə məşğuldurlar. Bu şəbəkənin əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan dövləti, hakimiyyətin siyasəti haqqında müsbət mövqedə olan və müsbət fikirlər səsləndirən ictimaiyyət nümayəndələrini, ziyalıları, habelə Azərbaycana dost münasibəti olan xarici təşkilatları, ekspertləri gözdən salmaq, onlara qarşı inamsızlıq mühiti yaratmaqdır.

Azərbaycan qanunvericiliyinə görə, QHT-lər siyasi fəaliyyət göstərə bilməz. Bəzi müxalif siyasi partiyalar bir neçə QHT-lər yaradıb, daha sonra siyasi maraqlarını həmin təşkilatlar vasitəsilə həyata keçirirlər. Həmin QHT-lər dövlət qeydiyyatından keçmək belə istəmirlər. Çünki belə olan halda, dövlət hesabatından yayınacaq və yalnız öz donoruna hesabat verəcəkdir.

İnsanlar daha çox qeyri-siyasi təşkilatlarla münasibətdə daha səmimidirlər. Amma bu təşkilatlar siyasətə qarışaraq hansısa bir siyasi partiyanın maraqlarına xidmət edirsə, onun siyasi partiyadan heç bir fərqi qalmır. Eyni zamanda, bu cür təşkilatlar müxalif qüvvələrin təsiri altında dövlətin milli maraq və mənafelərinin ziddinə fəaliyyət göstərirlərsə, təbii ki, bu cür siyasiləşmiş QHT-lər cəzasız qala bilməz.

Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Vətəndaş cəmiyyətinin inkişafına şərait yarada biləcək bütün addımların atılması istiqamətində şura işləyir, təkliflər verir və əlaqəli şəkildə fəaliyyətini qura bilir.

Tofiq ABDULLAYEV

Digər xəbərlər