PDF Oxu

Müxalifət

  • 3 603

Arif Yunus özünü "kişi" hesab edir

image

Və ya xəstə təfəkkürlü insan

Bəlli olduğu kimi "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusun əri Arif Yunus noyabrın 12-də məhkəmənin qərarı ilə azad edilib. Daha dəqiq desək, ondan başqa yerə getməməsi barədə iltizam alınıb və azadlığa buraxılıb. İlk başdan deyək ki, məhkəmənin Arif Yunus barəsində çıxartdığı humanist qərar ilk növbədə, onun sağlamlıq durumu ilə əlaqələndirilir. Lakin maraqlısı budur ki, Arif Yunus "belə də olmalıdır" tipli açıqlamalarıyla hələ də özünü və arvadı Leyla Yunusu haqlı sayır. Təbii ki, ictmai rəy bu adamların hansı yuvanın quşu olduğunu yaxşı bilir və bu cütlüyün uzun illər erməni lobbisinin himayəsi altında Azərbaycan dövlətçiliyinə qarşı aşkar fəaliyyət göstərdikləri də kifayət qədər məlumdur. Ancaq bütün baş verənlərə rəğmən, Arif Yunusun azadlığa çıxar-çıxmaz jurnalistlər qarşısında özünü "kişi" elan etməsi, guya müstəntiqlərin onu Leyla Yunusa qarşı ifadə verməyə məcbur etməsi, ancaq "bu xəyanətə" getməməsi barədə danışıqları, həqiqətən də onun xəstə təfəkkürlü insan olduğunu sübuta yetirir.

Arif Yunusla Leyla Yunusun torpağı bir yerdən götürülüb

Burada daha bir vacib nüansın olması diqqətçəkicidir. Məsələn, Arif Yunus məhkəmə zalından çölə çıxarkən, onu gözləyən mətbuat təmsilçiləri arasında "Azadlıq Radiosu", "Meydan TV", "BBC" kimi daim dövlət maraqlarımıza qarşı çıxan dırnaqarası medialar olub ki, onları gördükdən sonra cuşa gələn Arif Yunus sanki "qəhrəman" olduğunu nümayiş etdirib. Amma danışdıqca da daxilindəki Vətənə, dövlətə, xalqa qarşı olan nifrətli xislətini gizlədə bilməyib. Çünki onun və Leyla Yunusun xəmiri məhz bu istiqamətdə yoğrulub. Necə deyərlər, ərlə arvadın torpağı bir yerdən götürülür.

İndi də Leyla Yunusun "ağır xəstə" olduğunu iddia edən "tarixçi-alim" guya noyabrın 6-dan aclıq aksiyası keçirdiyini bəyan edir və bunu belə yozur ki, onu "hüquq müdafiəçisi"nə qarşı ifadə verməsi "tələb olunur".

Arif Yunusun dili "silahdırsa", bu "silaha" doldurulan güllələr erməni lobbisinin pullarıdır

Sual yaranır: əgər Leyla Yunusda iddia olunduğu kimi bir çox xəstəliklər mövcuddursa, nəyə görə o öz fəaliyyətini müalicəsinə deyil, tamamilə başqa istiqamətə - Azərbaycan dövlətinə, dövlətçilik maraqlarına qarşı yönəldib? Təbii ki, bütün bu kimi qışqır-bağırtıların, həyasızlıq streotipliklərinin cütlüyün öncəki oyunbazlıqlarından heç bir fərqi yoxdur. Ortada olan fakt budur ki, bu iki şəxs həbs olunarkən, hətta Ermənistan mətbuatı onların müdafiəsinə qalxmış, olayları Azərbaycana qarşı yönlətməyə başlamışdılar. Yəni burada təəccüblü görünəcək heç nə yoxdur.

Arif Yunus deyir ki, onun bir silahı var, o da onun dilidir. Bəli, belə demək olar ki, Arif Yunusun dili onun silahı olmaqla yanaşı, həm də Azərbaycana qarşı təzyiq dilində danışmaq istəyən, daim ölkəmizi sanksiya təhdidləri ilə hədələyən Qərb təşkilatlarının, həmin təşkilatlarla iş birliyində olan erməni lobbisinin silahıdır və bu silaha doldurulanlar güllə deyil, puldur! Arif Yunus hər ağzını açıb dilini ağzında oynatdıqca, sözügedən dairələr istədikləri qədər "güllələri" oraya doldururlar.

Özünün erməni peşkası olduğunu unudur

Arif Yunus başından böyük bəyanatlar səsləndirməklə, hələ də ictimaiyyətə açıqlamadığı bir faktı etiraf etsin - damarında erməni qanı dolaşdığını, erməni uşağı olduğunu car çəksin. Ən azından, yarıerməni olmasına baxmayaraq, cinsi kimliyinin "kişi" olduğunu sübuta yetirsin. Ancaq buna cürət etmir. Əvəzində ağlına gələn nə ittiham varsa, yönəldir dövlətin üzərinə. Onun işini aparan müstəqniqlərə "peşka" xitabı etməklə, özünün erməni lobbisinin peşkası olduğunu undur...

Arif Yunus "SƏS" və "Yeni Azərbaycan" qəzetlərini hansı tələbələrinə oxutdurub?

Çox vacib məqamlardan biri də Arif Yunusun ona qarşı sürülən ittihamların "SƏS" və "Yeni Azərbaycan" qəzetlərində gedən yazılardan götürüldüyünü iddia etməsidir. Görünür, unudub ki, "SƏS" və "Yeni Azərbaycan" qəzetləri apardıqları davamlı, ardıcıl jurnalsit araşdırmaları nəticəsində istər Leyla Yunus, istər Arif Yunus, istərsə də Xədicə İsmayıl və digər onlara bənzər tipli xəyanətkarları faş edən ifşaedici yazıları ilə çıxış etdikdən sonra ortaya çıxarılan nəticələr onların məhkəmələrində də yer alıb. Yəni adıçəkilən qəzetlər faktlara əsaslanaraq məqalələr dərc edib. Ancaq Arif Yunus digər tərəfdən də deyir ki, o, xaricdə tələbələr qarşısında (?-R.N.) çıxış edəndə, həmin qəzetlərdə o və arvadı Leyla Yunus barəsində yazılan yazıları göstərib. Sitat: "Yazırdılar ki, "Leyla Yunus, Arif Yunus ermənilərə satılıb".

Təbii ki, Arif Yunusun hansı tələblərdən danııması bəllidir. Onlar erməni lobisinin Azrərbaycana qarşı hazırladığı düşmənlər toplumudur.

Arif Yunus isə sonradan onun işini araşdıran müstəqniqə ittihamların həmin qəzetlərdən götürüldüyünü deyib. Maraqlıdır, hər iki iqtidar qəzeti ortada olan faktları bütün dəlil və isbatları ilə araşdırıb və ictimai rəyin diqqətinə çatdırıb. Sübut olunub ki, onun arvadı Leyla Yunus "xalq diplomatiyası" adı altında ABŞ-da fəaliyyət göstərən erməni beynəlxalq QHT-si ilə girdiyi iş birliyində, layihə çərçivəsində işğal olunmuş Dağlıq Qarabağ ərazisini "mübahisəli ərazi" kimi də deyil, hətta ermənilərə məxsus ərazi kimi tanıdığını deyib. Dəfələrlə Ermənistana səfərlər edib separatçılığa, işağlçılığa dəstək verən Leyla Yunus barədə, eləcə də onu müdafiə edən digər satqınlar barədə faktlar ortaya çıxarılırsa, həmin faktlar hansı səbəbdən məhkəmədə istifadə olunmamalıdır?!

Beləliklə, məsələ kifayət qədər bəlli və agahdır. Arif Yunus azadlığa çıxsa da, o, bu azadlığını dəyərləndirmək, günahlarını etiraf etməsi yerinə, daxilində formalaşmış azğınlıq hisslərini gizlədə bilməyib.

Arif Yunusun azadlığa buraxılmasından sonra ATƏT DTİHB və bəzi Qərb təşkilatlarının "əməkdaşlıq" təklifləri heç bir səmimiyyət təsiri bağışlamamaqdadır

Bu arada ATƏT DTİHB, eləcə də anti-Azərbaycan xarakterli Qrəb təşikilatları Arif Yunusun azadlığa çıxarılması ilə bağlı bəyanat verib və "Azərbaycan hökuməti ilə iş birliyində maraqlı" olduğunu da bildirib. Ancaq burada hər hansı bir səmimi baxışdan söhbət gedə bilməz. Yalnız görüntü təsiri bağışlayan və boğazdan yuxarı bəyanatlar yayan təşkilatlar indi də Leyla Yunusun azadlığa çıxmasını əks etdirən ifadələrlə gündəmə gəlirlər. Məhz bu amilə də diqqət yetirsək, qənaətə gələ bilərik ki, Arif Yunusun azadlığa çıxan kimi sərgilədiyi səs-küyü, əslində, həmin təşkilatların Azərbaycana qarşı baxışlarının açıq göstəricisidir. Ona görə də verilən "əməkdaşlıq" təklifləri heç bir səmimiyyət təsiri bağışlamamaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər