PDF Oxu

Cəmiyyət

  • 799

Yeni çapdan çıxmış kitabların təqdimatı

image

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tanınmış ədib Ələşrəf Niftiyevin yeni çapdan çıxmış kitabı “Ömür səhifələrindən hekayətlər” adlanır. Masallı rayon Mərkəzi Kitabxanasında kitabın təqdimatı keçirilib.

Rayon ziyalıların, eləcə də Masallı Dövlət Regional Kollecinin tələbələrin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Masallı rayon Mərkəzi Kitabxananın direktoru Zamin Məmmədov qonaqları salamlayaraq, Ələşrəf Niftiyevin yaradıcılığının Masallı ədəbi mühitindəki əhəmiyyətindən danışaraq deyib:- Müəllifin yeni kitabı xüsusilə gənc nəslin mənəvi-əxlaqi dəyərlər ruhunda formalaşmasına töhfə verən dəyərli nəşrlərdən biridir.
Digər çıxışçılar- yazıçı-publisist Xodaşirin Cəbiyev, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Əməkdar jurnalist və yazar Zakir Abbas, “Yeni Həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov müəllif kitabında dünyada baş verən hadisələrin bədii və publisistik dillə oxuculara çatdırdığını deyib və rəvan, səlis üslubda qələmə alınan yeni nəşrın gələcək nəsillər üçün dəyərli mənəvi irs olacağını bildiriblər.
Sonda çıxış edən müəllif Ə. Niftiyev tədbir iştirakçılarına razılığını söyləyib, kitabın ərsəyə gəlməsi prosesi barədə qısa məlumat verib, oxucular tərəfindən ünvanlanan sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Tədbir müəllifin kitablarından ibarət zəngin sərginin təqdimatı, eləcə maraqlı müzakirələrlə başa çatıb.
Astara rayon Mərkəzi Kitabxanasında rayonun tanınmış qələm sahibi, yaradıcılığında həyat sevgisi, insanpərvərlik və Vətənə bağlılıq əsas mövzulardan olan istedadlı yazar Firəngiz Ümidin yeni işıq üzü görmüş “Ümid çiçəyi” adlı kitabının təqdimatı da böyük maraqla qarşılanıb. Tədbirdə qələm əhlinin sənət dostları, rayon ziyalıları, kitabxana əməkdaşları və poeziya sevərlər iştirak ediblər.
Çıxışlar zamanı Firəngiz Ümidin yaradıcılığın zənginliyini , onun bədii üslubunun özünəməxsusluğunu, qələminin səmimiliyini və yaratdığı əsərlərində yüksək mənəvi duyğuları xüsusi vurğulayıb, “Ümid çiçəyi” kitabında yer alan əsərlər oxucuların mənəvi dünyasına müsbət təsir göstərməklə yanaşı, gənc nəslin estetik zövqünün formalaşmasına da töhfə verəcəyi deyilib.
Firəngiz Ümid öz növbəsində çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib, kitabın ərsəyə gəlməsi prosesi haqqında qısa məlumat verib. Daha sonra müəlliflə oxucular arasında fikir mübadiləsi aparılıb, kitabdan nümunələr oxunub və xatirə şəkilləri çəkdirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər

Qəribə varlıqların təsvirləri UFO sənədlərində aşkar edilib...

Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...

Həkim yerişdəki dəyişikliyin hansı xəstəlikləri göstərdiyini izah edib...

Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...

İndoneziya okeanında ilk dəfə nadir bir məxluq lentə alınıb…

Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…

1200 at gücündə model demək olar ki, hazırdır…

Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

Alzheimer xəstəliyinin yavaşladılması üçün metod kəşf edilib...

Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...