Xəmirləri satqınçılıq üzərində yoğrulanlar
Bunların işi dövlət sirlərini açmaqdan ibarətdir
Hələ birinci Qarabağ savaşı xatılanarkən, ictimai rəydə belə bir fikir formalaşmışdı ki, AXC-Müsavat iqtidarı torpaqları satdı. Təbii ki, bu sadə xalqın düşüncəsidir və əslində, belə bir ittihamın söykəndiyi məqamlar var. Düzdür, həmin vaxtlar erməni işğalçılarına torpaqlar elə-belə, "bazar qanununda" satılmırdı. Milli Ordu içinə sızdırılmış xainlər müxtəlif mövqelərə aid xəritə və kəşfiyyat planlarını ələ keçirərək, iyrənc fəaliyyətlərini gerçəkləşdirməyə nail olurdular. Təbii ki, bu cür halların yaşanması, bilavasitə o zamanın hakimiyyəti üzərində olan məsuliyyətsizliyi idi. Hərbi kadrlardan düzgün istifadə olunmamasından tutmuş digər amillərədək xəyanət tandemi kifayət qədər idi. Hətta iş o vəziyyətə qədər çatmışdı ki, Müdafiə Nazirliyinin rəsmi əməkdaşlarından olan Leyla Yunus yerli və Rusiya telekanalları vasitəsilə ordumuzun müxtəlif cəbhə istiqamətlərində dislokasiya məntəqələrini xəritə ilə göstərib, bununla erməni işğaçlılarına yaşıl işıq yandırırdı. İctimai rəy sonradan Leyla Yunusun Azərbaycan dövlətçiliyinə və xalqına qarşı nə dərəcədə düşmən münasibətində olduğunu açıq şəkildə görmüş oldu. Yəni bu barədə çoxsaylı, danılmaz faktlar bu gün də hafizələrdən silinməyib.
Rəqəmlərdən tutmuş, ən kişik detallara qədər satqınçılıq
Lakin bu arada Leyla Yunusdan qətiyyən fərqlənməyən daha bir satqının, dövlət sirrini yayanın özünü Azərbaycan müxalifətinin əvəzolunmaz liderlərindən hesab edən, eləcə də rəhbərlik etdiyi siyasi partiyasının da yeganə real müxalifət təşkilatı hesab edən Əli Kərimlinin, necə deyərlər, quş buraxması ermənilərin qoltuğuna qarpız verib. Əslində, AXCP sədrinin "facebook" qəhrəmanlığı, hətta xəstəliyi fonunda ondan başqa cür hərəkət gözləməyə dəyməzdi. Məhz birinci Qarabağ savaşı zamanı hakimiyyətdə olarkən, yəni dövlət katibi işlədiyi dövrdə şəstlə xüsusi təyinatlılardan ibarət olan "komando" taboru hazırladığını yazıb (?!-R.N.). Bu məsələnin rəqəmlərindən tutmuş bütün kiçik detallarına qədər toxunan Kərimli sonradan bütün günahları indiki hakimiyyətin üzərinə yıxmağa cəhd göstərməklə özünü, necə deyərlər, "pak" göstərməyə çalışıb.
Qarabağ savaşında baş verənlərin hər birində sadalanan günahlarda Əli Kərimlinin adı həkk edilib
Deyək ki, Ə.Kərimli iqtidarda olarkən, sabiq prezident Əbülfəz Elçibəyin tapşırığı əsasında iş görüb və Türkiyədən olan zabit heyətinin Azərbaycanda xüsusi təyinatlı döyüşçülər hazırlanması istiqamətində addımlar atıb. Hansı ki, onun hətta bu məsələdə də ciddi nəyəsə nail olması inandırıcı görünmür. Amma fakt budur ki, birinci Qarabağ savaşında baş verənlərin hər birində sadalanan günahlarda Ə.Kərimlinin adı həkk edilib. Bu gün də o öz xəyanətlərindən geri qalmır.
Bu arada QHTxeber.az portalının baş redaktoru Sənan Nəcəfov AXCP sədri Ə.Kərimlini haqlı olaraq ittiham edib və müxalifətçi partiya sədrinin dövlət sirrini yayma (!!!-R.N.) faktlarını ortaya çıxarıb.
SİTAT: "Bu da növbəti qəhrəmanlıq salnaməsi. Ə.Kərimli, faktiki olaraq dövlət sirrini açır. Ermənilər də hər zaman deyirlər ki, biz azərbaycanlılarla deyil, onlara dəstək verən peşəkar türk zabitlərinə və əsgərlərinə qalib gəlmişik".
O vaxt İlahinin möcüzəsindən 2 ay dövlət katibi işləmiş Kərimli ermənilərin dediyini təsdiqləyir. Sən dövlətdə məsul vəzifə tutmusan, elə məsələlər var ki, onu ömrününü sonuna kimi gizli saxlamalısan. Belə statuslar yazıb, qürrələnməməlisən. Tutaq ki, görmüsən, işin olub da. Nə şişirdirsən? Nəticəsi nə olub?"
Bunu ictimai rəy deyil, qanun tələb edir
Beləlkilə, Ə.Kərimli "facebook" qəhrəmanlığı edərkən, ciddi cinayətə yol verib. Birinci Qarabağ savaşında türk ordusunun Azərbaycan əsgərlərinə təlim keçməsindən, türkiyəli zabitlərin, eləcə də azərbaycanlı xüsusi təyinatlıların sayını açmaqla dövlət sirrini atıb düşmən erməninin ayaqları altına ki, onlar da belə bir həssas məqamda bu faktları Azərbaycana qarşı istifadə etsinlər.
Nəticədə, bir nəticəyə gəlmək mümkündür. Artıq Ə.Kərimlinin bu kimi xəyanətləri nə birdir, nə də iki. Ona görə də bu gün onun dövlət sirrini yayma ittihamı ilə qanun qarşısına çıxarılması vacibliyi gündəmə düşə bilər. Eyni zamanda, dövlət maraqlarına qarşı erməni mətbuatındakı sitatlarına görə də, o, xalq qarşısında mütləq cavab verməlidir. Bunu ictimai rəy deyil, qanun tələb edir.
Rövşən NURƏDDİNOĞLU