Siyasət

  • 1 368

Tarixə diqqətçəkən danışıq -PUTİN

image

Fransa Xalq Cümhuriyyəti Partiyasının lideri Fransua Asselineau çıxışında Rusiya prezidenti Vladimir Putinin tarixə etdiyi istinadlardan çox təəccübləndiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, fransız siyasətçi Rusiya lideri Putinin dediyi fikirləri dəyərləndirib.
O bildirib ki, Putin çox vacib bir şey gördü: "Qərb və şəxsən biz Fransa elə davranırıq ki, sanki Ukrayna hadisələri 2022-ci il fevralın 24-də başlayıb, sanki əvvəllər heç nə olmayıb. Qəfildən Ukraynaya hücum etmək qərarına gələn işğalçı ölkə kimi Rusiya göstərilir. Putin açıqladı ki, bu məsələ çox köhnədir və biz bu hadisələrə tarixi prizmadan baxmasaq, başa düşə bilmərik. Bu münaqişənin Rusiyanın bir sıra ölkələrlə yaxınlaşmasına səbəb olduğunu deyən fransalı siyasətçi NATO öz məqsədlərinə çata bilməsə, bu münaqişənin nəticəsi Rusiya, Çin, Rusiya və Hindistan arasında böyük yaxınlaşma olacaq. Türkiyə ilə Rusiya arasında da yaxınlaşma var. Vaşinqtonun qorxduğu şey dolların mövqeyinin şübhə altına alınması, iqtisadiyyatın dollardan qurtulmasıdır və Putin çıxışında buna diqqət çəkdi".

Digər xəbərlər