“Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik tariximizdə rolunun böyük olduğu şübhəsizdir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqil dövlətçilik üçün lazımlı və əhəmiyyətli olan bütün institutların formalaşdırılması, möhkəmləndirilməsi yönümündə sistemli addımlar atıldı. O cümlədən də, dövlətçilik sisteminin mühüm institutlarından biri olan media sahəsində də əhəmiyyətli addımlar atıldı”. Bu fikirləri “Səs” qəzetinə açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, müstəqil dövlətçilik siyasətinin həyata keçirilməsi üçün medianın bir institut kimi formalaşması və möhkəmləndirilməsi olduqca vacibdir: “Media dövlət münasibətləri, media cəmiyyət münasibətləri, medianın özünün maddi texniki bazasının möhkəmləndirilməsi qarşıda dayanan və vacib işlər görülməli sahələr idi. Jurnalistlərin özünün hüquqlarının və sosial vəziyyətinin daim dövlət himayəsi altında saxlanılması da olduqca vacib bir məsələ idi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu yönümdə ilk addımlar atılmağa başladı. Birinci növbədə “KİV haqqında qanun”da müəyyən dəyişikliklər edilməsi şərti ilə medianın inkişafının qanunvericilik bazasının möhkəmləndirilməsi yönümündə ilk tədbirlərin şahidi olduq. Bundan başqa media orqanlarının, xüsusilə də, o zaman üçün xarakterik olan ənənəvi çap mediasının maddi texniki bazasının möhkəmləndirilməsi və redaksiyaların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən işlərin görülməsi vacib idi və Ümummilli Lider Heydər Əliyev də təcrübəli bir dövlət adamı olaraq, bunun vacib olduğunu nəzərdən qaçırmadı. Beləliklə, ilk olaraq, mətbuatın qanunvericilik bazasının möhkəmləndirilməsi, müəyyən ilkin islahatların həyata keçirilməsi, senzuranın ləğv olunması və bunun ardınca isə həm jurnalistlərin sosial vəziyyətinin, rifahının yaxşılaşdırılması, həm də bütünlüklə redaksiyaların maddi texniki bazasının möhkəmləndirilməsi üçün müəyyən işlərin görülməsi ardıcıllığı ilə işlər həyata keçirildi”.
A.Quliyev bildirdi ki, o dövrdə Azərbaycanın özünün maliyyə iqtisadi cəhətdən böyük çətinlikləri var idi və təbii ki, o zaman Ulu Öndər Heydər Əliyevin bir dövlət başçısı olaraq ayrı-ayrı media orqanlarına, jurnalistlərə dəstək xarakterində atdığı addımlar indi nominal olaraq kiçik görsənə bilər, amma o zaman Azərbaycan dövlətinin malik olduğu maliyyə iqtisadi güc bunun çox önəmli olduğunu danmaq olmaz: “İkincisi, söhbət mediaya, mətbuata hansı səviyyədə dəstəyin verilməsindən neçə manatlıq dəstəyin verilməsindən yox, medianın inkişafı üçün onun bir əhəmiyyətli institut kimi dəyərləndirilməsindən və bu instituta dövlətin gücü və əli ilə dəstəyin verilməsi iradəsindən gedir ki, bizim üçün ən önəmlisi bu idi. Ümummilli Lider Heydər Əliyevin ayrı-ayrı mətbuat orqanlarına nə qədər yardım göstərməsini bir anlığa kənara qoyuram vacib olan o idi ki, dövlətçilik üçün vacib olan, əhəmiyyətli olan bu instituta dövlətin dəstək iradəsinin də çox qaçılmaz olduğuna lazımı dəyəri verdi və bu yöndə addımlar atdı. İlk 5-6 ilin ərzində xatırlayıram ki, bəzi media orqanların, qəzetlərin mətbəələrə borcu müəyyən müddət donduruldu, sonra bəzi hallarda onun zəruri kimi addımların şahidi olduq. Mətbuat orqanlarına birbaşa yardımlar edildi, hansı ki, o zamana qədər başqa ölkələrin təcrübəsində şəxsən mən təkcə dövlət mətbuatı yox, azad mətbuat nümunələrini də dövlətdən maliyyə yardımı edilməsinin şahidi olmamışdım, hansı ki, bu, çox əhəmiyyətli idi. Senzuranın ləğv olunması da söz və ifadə azadlığında dövlətin nə qədər maraqlı olduğunu bir daha ortaya qoydu və bəziləri senzuranın ləğv olunması ilə bağlı, hətta o dövrdə müəyyən, yəni təftişli mövqelər tutsalar da, müəyyən ehtiyatlanmalar olsa da, senzuranın ləğvi Azərbaycan media sistemində bir xaosa gətirib çıxarda bilər və s. bu kimi ehtiyatlı mövqelərə baxmayaraq, amma Ulu Öndər Heydər Əliyev atdığı addımın yəni senzuranın ləğvinin media sistemində hər hansı bir xaotik vəziyyətin yaranmasına gətirib çıxarmayacağını öncədən görə bildi və çox cəsarətli şəkildə bu addımı atdı. Bütün bunlar bizim medianın inkişafı qanunvericilik bazasının möhkəmləndirilməsi sosial iqtisadi bazasının gücləndirilməsi və bu yöndə dövlətin dəstəyinin çox əhəmiyyətli bir fəaliyyət istiqaməti olduğunu müstəqil Azərbaycan dövlətçiliyinin ilk illərindən məhz Ulu Öndər Heydər Əliyev nümayiş elətdirdi. Ümummilli Lider Heydər Əliyevə qədər ölkəyə rəhbərlik etmiş siyasi qüvvələr, şəxslər açıq deyək ki, bu istiqamətdə hər hansı bir addım atmamışdılar. Çünki hansısa bir addımın atılmasından qabaq gərək müstəqil mediaya dövlətin dəstəyinin özünün nə qədər vacib olduğuna lazımı qiyməti verə biləsən və buna anlayışla yanaşa biləsən”.
Baş redaktor onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin çox təcrübəli bir dövlət adamı olaraq Azərbaycan cəmiyyətinin problemlərinin işıqlandırılması, onun dövlət orqanlarının nəzərinə çatdırılması, obyektiv medianın düzgün dövlət yönətimində nə qədər əhəmiyyətli bir funksiya daşıdığını lazımı şəkildə qiymətləndirə bildi: “Elə buna görə də, hətta bilə-bilə də ki, onun dəstək verdiyi azad media nümayəndələri müəyyən hallarda onun özünün də siyasətini tənqid edirlər və edəcəklər, amma dövlətin mediaya dəstəyinin nə qədər vacib olduğunu görə bildi və bunu hər bir problemin, təzahürün üstündə təsəvvür edə bildi: “Bax Ulu Öndər Heydər Əliyevin gücü bunda idi ki, O tənqidi mediadan qorxmurdu, əksinə, tənqidi medianı dövlət mediası ilə bərabər tənqidi medianın özünün də mənafeləri naminə addımlar atılması ənənəsinin də başlanğıcını məhz Ulu Öndər Heydər Əliyev qoydu”.
GÜLYANƏ