Siyasət

  • 1 141

“Sosial şəbəkələr və gənclik” FOTOLAR

image

İyunun 6-da Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Heydər Əliyev ili” çərçivəsində partiya fəalları və gənclərin iştirakı ilə “ sosial şəbəkələr və gənclik” mövzusunda tədbir keçirilmişdir.Əvvəlcə Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev mövzu üzrə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və səyləri nəticəsində gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün dövlət tərəfindən geniş imkanların yaradılması ölkəmizdə həyata keçirilən uğurlu milli inkişaf strategiyasının prioritet vəzifələrindəndir. Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Seyfəddin Əliyev onu da bildirib ki, hər bir sahədə olduğu kimi, sosial şəbəkələrdən istifadəyə münasibətdə də fikirlər müxtəlifdir. Sosial şəbəkələrin bugünkü günümüzdə sosiallaşmaq, dünyanın ən ucqar nöqtəsində olan insanlarla ünsiyyət yaratmaq, fikir bildirmək və qarşılığında cavab almaq, ictimai həyatda baş verən aktual məsələlər ətrafında müxtəlif sorğular təşkil etmək, canlı yayım vasitəsilə iclaslar, müzakirələr keçirmək, olduğun yer haqqında məlumatları dostlarınla audiovizual şəkildə paylaşmaq və digər müsbət xüsusiyyətlərini qeyd edirlər.

Tədbirdə Xırmandalı ərazi partiya təşkilatının sədri Məhəmməd Yusifov, YAP fəallarından Nurlan Muradov, İsmayıl Əbilov və başqaları çıxış edərək belə tədbirlərin xüsusilə gənclərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, habelə onların sosial şəbəkələrdən düzgün istifadə ilə asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıblar.

Digər xəbərlər