Siyasət

  • 1 269

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi ŞƏRH

image

Iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın artıq ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunduğunu, bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirdiyini vurğulayıb.

İlham Əliyev həmçinin Azərbaycanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətində olduğunu, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artdığını qeyd edib.

“Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq” deyə Prezident nitqində bildirib.

Görüşdə həmçinin dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işin davam etdiriləcəyi, iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək göstəriləcəyi vurğulanıb.

Mirzəyeva Svetlana

YAP Qusar rayon təşkilatının fəalı

Digər xəbərlər