PDF Oxu

Siyasət

  • 1 886

“Sülh Ermənistanın özünə lazımdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

“Ermənistan özünü çıxılmaz vəziyyətə salır. Ermənistan yeni bir reallığın yarandığının və onun ambisiyalarının artıq çirkin üsullarla həyata keçirilməsinin mümkün olmadığını görür. Azərbaycanın gücü, öz suveren hüquqlarını müasir üsullarla təsdiqləməsi Ermənistanı öz sərhədləri daxilinə çəkilməyə məcbur edir. Digər tərəfdən isə hələ də böyük Ermənistan xülyası Ermənistanın nəinki müxalifət, hakim dairələrinin də düşüncəsindən çıxmaq bilmir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Fransa, Hindistanın Ermənistana silah satması, onun Azərbaycana qarşı aqressiyasını dəstəkləməsi Ermənistanda illuziya yaradır: “Ona elə gəlir ki, ötən əsrin 90-cı illəri başlayır və Azərbaycan torpaqlarını yenidən öz nəzarəti altına keçirə biləcək. Ancaq Ermənistan Azərbaycanın qətiyyətini hələ tam şəkildə öz üzərində görə bilməyib. Əgər Azərbaycana qarşı, suverenliyimizə yönəlmiş hər hansı addım atarsa, onun aldığı zərbə 44 günlük müharibədən qat-qat ağır vəziyyətdə olacaq. Azərbaycan Prezidenti dəfələrlə bu barədə Ermənistana xəbərdarlıq edib və qarşı tərəf bundan nəticə çıxarmalıdır. Ən optimal variant isə bu gün Azərbaycanla sülh müqaviləsi bağlamaqdır. Bu ilk növbədə Ermənistanın özünə lazımdır. Ermənistanın apardığı siyasət onu dalana dirədi. Ermənistan bu gün Azərbaycanın imkanlarından yararlana bilmir, bu gün ora investisiya qoyan yoxdur. Belə vəziyyətdə isə müəyyən dövrdən sonra artıq Ermənistan öz dövlətçiliyi, gələcəyini düşünməli olacaq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər