PDF Oxu

Siyasət

  • 739

Heydər Əliyev ideyaları dövlətçiliyimizin möhkəm sütunlarıdır ŞƏRH

image

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin ölkə, xalq və dövlətçilik qarşısında olan tarixi xidmətləri milli varlığımızın bütün sahələrini əhatə etməklə saysızdır və müstəsna əhəmiyyət kəsb edir. O cümlədən milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında Ulu Öndərin misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, xalqın Ümummilli Lideri milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına artıq sovet dönəmində əsaslı zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi hesab edirdi. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülənişlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir.

1978-ci ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri nəticəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi önəm kəsb edən addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətin də əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Ümummilli Lider Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, social mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi.

Ulu Öndər tərəfindən əsası qoyulmuş inkişaf strategiyası bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən artıq yeni, daha yüksək mərhələyə keçirilərək böyük uğurla davam etdirilir. 2003-cü ildən bəri keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, respublikanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin etmiş və hazırda Avropanın enerji təhlükəsizliyində aparıcı rollardan birinə sahib olmuşdur.

Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir və Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər