PDF Oxu

Siyasət

  • 1 218

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

image

Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Yunanıstandakı səfirliyinin dəstəyi, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Saloniki şəhərində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib, dahi rəhbərə həsr olunan fotosərgi açılıb.

Tədbirdə Azərbaycanın Yunanıstandakı səfirliyinin, Türkiyənin və Gürcüstanın Saloniki şəhərindəki Baş konsulluqlarının əməkdaşları, yerli QHT-lər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"QALA" Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Yunanıstanda hörmətlə anıldığını bildirib. O, Ulu Öndərin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Ölkəmizin Yunanıstandakı səfiri Arif Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin qorunması istiqamətində gördüyü işləri diqqətə çatdırıb, Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlardan danışıb.

SİA-nın məlumatına görə, çıxışlardan sonra tədbir iştirakçıları Heydər Əliyevə həsr olunan sərgi ilə tanış olublar.

Digər xəbərlər