"COP29 dünyanın ən böyük qlobal problemlərindən biri olan ekoloji çirklənmə və iqlim dəyişikliklərinin həlli istiqamətində keçirilən mühüm beynəlxalq tədbirlərdən biridir. Azərbaycan COP29-a ev sahibliyi etməklə yeni bir standart yaradıb".Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.Deputat qeyd edib ki, eyni zamanda, COP çərçivəsində irəli sürülən təşəbbüslərlə bağlı dövlət səviyyəsində konkret proqramların qəbul edilməsi, havanın çirklənməsinin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi baxımından ölkəmiz mühüm addımlar atan dövlətlər sırasındadır:"Bu istiqamətlərdən biri də yaşıl enerji mənbələrinin artırılmasıdır. Diqqət etsək, görərik ki, qardaş Türkiyədə keçirilən COP31 çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji dəhlizinin yaradılması ilə bağlı mühüm razılaşma əldə olunub. Təmiz enerji sahəsində strateji tərəfdaşlığa dair hökumətlərarası saziş imzalanıb. Eyni zamanda, bu istiqamətdə digər mühüm görüşlər də keçirilib.Beləliklə, Azərbaycan bir daha qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verən, eyni zamanda, bu təşəbbüslərin praktiki şəkildə həyata keçirilməsində fəal iştirak edən ölkə kimi diqqət çəkib".
Müəllif: Lətifə Musayeva