PDF Oxu

Siyasət

  • 1 104

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir ŞƏRH

image

Daşıdığı vəzifənin ictimai-siyasi yükünü nəzərə aldıqda Prezident İlham Əliyevin doğum günü yalnız təqvimin dəyişməsi, yaşın üstünə yaş gəlməsi anlamında qəbul olunmur. Ölkə rəhbəri üçün adgünü həm də dövlət və xalq qarşısında çox məsuliyyətli hesabat məqamıdır. Prezident İlham Əliyevin hər zaman xalqına güvənən Lider olduğuna diqqət çəkən deputat qeyd edib ki, dövlətimizin başçısı praqmatik siyasi xadim olaraq bütün məsələlərdə strateji düşüncə tərzinə və yanaşmalara malikdir. Bir sıra hallarda o, verdiyi qərarlarla zamanı qabaqlayır, həmin qərarlar həyatda təsdiqini tapır, bundan cəmiyyət çox məmnun qalır, dövlətimiz isə qazanır. Başqa sözlə desək, İlham Əliyev özünün dediyi kimi, nəyi, necə və nə zaman etməyi hamıdan yaxşı bilir. Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğurlarını şərtləndirən ən mühüm amillərdən biri də Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin təmin edilməsidir. 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz səsini Ümummilli Lider Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verib. Bu, son dərəcə mühüm məqamdır. Biz dünyada gedən prosesləri izləyirik və siyasi kursun dəyişməsinin ayrı-ayrı ölkələrdə ağır fəsadlara yol açdığına şahidlik edirik. Son 21 ildə respublikamızın siyasətində geridönüşlər baş verməyib. Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasətin ardıcıllığını təmin etməklə onu zamanın çağırışlarına uyğun yeni ideyalarla daha da zənginləşdirib. Dünyadakı iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən, ölkə rəhbəri xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə keçib və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.

Uğurlu dövlət siyasəti müasir Azərbaycanın güclənməsinə, sosial-iqtisadi sahədə möhtəşəm uğurlar qazanmasına, beynəlxalq nüfuzunun artmasına, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan dövlət başçısının danılmaz xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kim tanınır. COP 29 kimi mühüm tədbirin keçirilməsinə ev sahibliyi hüququnun Azərbaycana verilməsi, onun uğurlu təşkili ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə inamın artmasının bariz ifadəsi oldu.

Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin cənab Prezidentin ad gününə ən böyük hesabatı olduğunu vurğulayan Ağalar Vəliyev 44 günlük müharibədə qazanılan şanlı Zəfərin son 200 illik tariximizin ən parlaq səhifəsi olduğunu bildirib. Rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində misilsiz Qələbə çalaraq müstəsna əhəmiyyətli nailiyyətə imza atdı. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin cəmi 23 saat ərzində uğurla yekunlaşması ilə Qarabağda separatizmə son qoyulub və bununla da Azərbaycanın suverenliyi bütün ölkə ərazisində tam təmin olunub. Prezident İlham Əliyev oktyabrın 15-də - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında Xankəndidə Azərbaycan Bayrağını təntənəli şəkildə ucaltdı. Biz bunu bir vaxtlar heç xəyalımıza da gətirə bilməzdik. Prezident İlham Əliyevin müdrikliyi və qüdrəti onun mümkünsüz görünəni reallığa çevirməsi, xalqımızın ən böyük arzu və istəyini həyata keçirməsidir. Dekabrın 21-də Xankəndi şəhər stadionunda son 30 ildə ilk dəfə olaraq Azərbaycan komandaları arasında keçirilən və dünyaya mesaj mənasında mühüm əhəmiyyət kəsb edən futbol oyununda Prezident İlham Əliyevin bir daha vurğuladığı kimi, bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər