PDF Oxu

Siyasət

  • 393

YAP Kürdəmir rayon təşkilatında partiya veteranı ilə görüş keçirilib - FOTOLAR

YAP Kürdəmir rayon təşkilatında partiya veteranı ilə görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiya veteranı, rayon təşkilatının yaradıcılarından olan, rayon təşkilatının ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş Hidayətov Həsən Mustafa oğlunun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və səadət dolu günlər arzulayıb.
Yubilyar Həsən Hidayətov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər yaradıcısı Ulu Öndər Heydər Əliyev olan partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib.
YAP Kürdəmir rayon təşkilatı tərəfindən Həsən Hidayətova uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə Təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.

Digər xəbərlər