PDF Oxu

Siyasət

  • 753

2024-cü il: möhtəşəm idman nailiyyətlərimiz

image

Ölkə Prezidenti cənab İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak və çıxış etmişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilən ölkə Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq ilin sonuna yaxın idmançılarla, idman ictimaiyyətinin nümayəndələri ilə görüşür və bu görüşlərdə il ərzində qazanılmış uğurlar, problemlər müzakirə olunur. Həmin tədbirdə idman ictimaiyyətinin nümayəndələri cənab Prezident tərəfindən fəxri adlarla, mənzillərlə və digər mükafatlarla mükafatlandırılırlar.

Cənab Prezident çıxışı zamanı bildirib ki, “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir: Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir”.

Daha sonra çıxışında vurğulamışdır ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir.

Ölkə başçısı həmişəki kimi, bu dəfə də 2024-cü ilin yekunları ilə bağlı idman ictimaiyyəti ilə görüşündə bir çox maraqlı məqamlara toxundu, bir sıra məsələlərə aydınlıq gətirdi.

Cənab Prezident əsasən həm ölkəmizdə təşkil olunan, həm beynəlxalq yarışlarda uğur qazanan idmançılarımızı bir örnək olaraq qeyd edərək bildirib ki, onlar bütün sahələrdə nümunədirlər və belə də olmalıdırlar. Çıxışında ölkə Prezidenti gənclərimizin müzəffər gənc və müzəffər idmançı kimi meydanlara çıxdığını və bu qüruru yaşadıqlarını qeyd etdi. Sürətlə dəyişən dünyamızda gənclərimiz yad təsirlərdən zərərli vərdişlərdən uzaq olmalıdır.

Ölkə başçımız il ərzində 1700-dən artıq beynəlxalq yarışlarda medalların qazanılmasını, Olimpiya Oyunlarında 30-cu yer qazanmağımızı çox böyük nailiyyət adlandırdı.

Cənab Prezident cıxışında onu da qeyd etdi ki, 2025-ci ildə ölkəmizdə Üçüncü MDB Oyunları keçiriləcək. Gəncə şəhərində və digər bölgələrdə bu beynəlxalq idman yarışının keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.

Qeyd olundu ki, 7000-dən yuxarı idmançı ölkəmizə gələcək və biz ümid edirik ki, həmişə olduğu kimi bu dəfə də ölkəmiz bu böyük beynəlxalq yarışa uğurla ev sahibliyi edəcək.

İlin idman yekunlarına həsr olunan mərasimdə vurğulandı ki, 2024-cü il bütün sahələrdə olduğu kimi, möhtəşəm idman nailiyyətləri ilə yekunlaşıb.

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər