PDF Oxu

Siyasət

  • 1 245

Haqq yolunda mübarizə: Dövlətimizin qətiyyətli mövqeyi

image

Prezident İlham Əliyevin 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması və bu səbəbdən Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycan Televiziyasına verdiyi müsahibə dünya mediasında sözün əsl mənasında rezonans yaradıb. Dünyanın ən nüfuzlu media qurumları Azərbaycan Prezidentinin bu hadisə ilə bağlı açıqlamalarını tirajlayıb.

Dövlətimizin başçısı müsahibəsində bildirdi ki, “Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır: “Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır...”.
Cənab İlham Əliyev Rusiyaya konkret 3 şərtin olduğunu və bunun artıq Kremlə çatdırıldığını qeyd etdi: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir”.
Dövlət başçısı Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması üçün şəxsən göstəriş verdiyini bildirdi: “Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər...”.
Bir sözlə, Azərbaycan Prezidenti heç bir detalı və nüansı yaddan çıxartmadan bu qəza ilə bağlı tam və hərtərəfli danışdı, pilotların və ekipajın qəhrəmalığından söz açdı. Milli maraqları hər zaman üstün tutan cənab İlham Əliyev heç bir halda geri çəkilmir, Azərbaycanın haqq və ədalətin tərəfində olduğunu qətiyyətlə sübut edir.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Digər xəbərlər