Azərbaycan və Pakistan dövlətləri arasında tarix dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu səmimi münasibətlər hazırda yüksələn xətlə inkişaf etməkdədir. Dövlətlərimiz arasında olan qarşılıqlı hörmət, qardaşlıq, səmimi dostluq əlaqələri həm Azərbaycan, həm də Pakistan dövlətinin və xalqının maraqlarına uyğundur. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olmuşdur. Bununla yanaşı, Pakistan, həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərində ölkələrimiz arasındakı əlaqələr daha da güclənmişdir. Paytaxt Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə Pakistanın paytaxtı İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır.
Hər zaman Azərbaycan və Pakistan Qarabağ münaqişəsi və Kəşmir məsələsində bir-birilərini dəstəklədiklərini bəyan ediblər. Artıq bu gün Qarabağ münaqişəsi öz həqiqi tarixinə qovuşub. Azərbaycan öz əzəli torpaqlarını düşməndən azad edib, suverenliyini tam şəkildə bərpa edib. Məlum olduğu kimi, 23 fevral 2025-ci il tarixdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Cari ilin fevralın 24-də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu” və eləcə də digər mühüm sahələrdə bu kimi saziş və memorondumların imzalanması Pakistan və Azərbaycan arasındakı möhkəm dosluq əlaqələrinin növbəti bariz nümunəsidir.
Təbii ki, digər sahələrdə də çox böyük potensial vardır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq, eləcə də enerji sahəsində maraqlarımızın üstü-üstə düşməsi ölkələrimiz arasındakı ümumi əməkdaşlıq platformasını genişləndirir.
Azərbaycanın xarici siyasətinin əsasında humanizm və sülh prinsipləri dayanır. Xüsusilə qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin yürütdüyü güclü xarici siyasət kursu nəinki regionda, ümumilikdə qlobal sülhə öz layiqli töhfəsini verməkdədir.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri