PDF Oxu

Siyasət

  • 1 053

Dövlət gender siyasəti cəmiyyətin inkişafına töhfə verir

image

“Azərbaycan qadınları tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib. Dövlət müstəqilliyimizin bərpasından sonra xanımlar milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib”.Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Millət vəkili bildirib ki, 8 mart tarixi dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur: “Bu bayram ərəfəsində Azərbaycan qadınlarının dövlət və cəmiyyətin bütün sahələrində aparıcı rol oynadığını bir daha vurğulaya bilərik. Tarix boyu qadınlarımız ölkəmizin inkişafında önəmli rol oynayıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınlarının mədəni və intellektual potensialından xəbər verir. Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət gender siyasətinin əsası qoyuldu, Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ümummilli Lider hər zaman qadınlara xüsusi diqqət və qayğı göstərirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət gender siyasəti cəmiyyətin inkişafına töhfə verir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınlarının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təşəbbüsləri ilə xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət dünyada Azərbaycanın təqdimatır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınlarının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Deputat bildirib ki, bu gün qadınlarımız cəmiyyət həyatında olduqca fəaldır: “Hazırda Azərbaycan qadınları dövlət qurumlarında, elm, təhsil, səhiyyə sahəsində, seçkili orqanlarda fəal şəkildə təmsil olunurlar. VII çağırış parlamentdə əvvəlki dövrlərdən daha çox qadın millət vəkili təmsil olunur. Milli Məclisin Sədrinin qadın olması da Azərbaycan xanımlarının ictimai-siyasi fəallığından xəbər verir. Xüsusilə qeyd etmək istəyirəm ki, qadınlarımız doğma torpaqlarımızın işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar. 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində analarımızın tərbiyə etdiyi, vətənpərvərlik ruhunda böyütdüyü oğullar düşmənə qarşı rəşadətlə vuruşaraq 30 illik erməni işğalına son qoydular. Biz şəhid, qazi anaları ilə qürur duyur, qəhrəman oğullar böyütdükləri üçün onlara sonsuz minnətdarlığımızı bildiririk. Mən bütün qadınlarımızı, o cümlədən şəhid, qazi analarını qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara cansağlığı, uğurlar diləyirəm!”.

Digər xəbərlər