PDF Oxu

Siyasət

  • 927

Qarşılıqlı etimad və gələcək perspektivlər

image

Azərbaycan ilə qonşu ölkə arasında münasibətlər qədim tarixi köklərə əsaslanır. Əsrlər boyu xalqlarımız mehriban qonşuluq, sülh və qarşılıqlı hörmət şəraitində yaşamış, bu münasibətlər dövlətlərarası əməkdaşlıq səviyyəsində də daim inkişaf etdirilmişdir. 2025-ci il aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi xarici səfərini Bakıya etməsi tərəflər arasında mövcud olan dostluğun və strateji tərəfdaşlığın bariz nümunəsidir.

Səfər çərçivəsində iki ölkənin dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış etmişlər. Prezident İlham Əliyev qonağı səmimiyyətlə qarşılayaraq, bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini və xalqlarımız arasındakı dostluq-qardaşlıq münasibətlərini bir daha təsdiqlədiyini vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, ölkələrimiz əsrlərdir qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşayıb və bu müsbət ənənə bu gün də davam etdirilir.
Prezident İlham Əliyev bəyanatında bildirib ki, Azərbaycan və qonşu ölkə arasında siyasi əlaqələr davamlı şəkildə inkişaf edir, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və siyasi dialoq aktiv şəkildə aparılır. İki ölkə bir çox mühüm layihələrə birgə imza atmış, bu əməkdaşlıq həm xalqlarımız, həm də daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır.
Neft-qaz və nəqliyyat sahəsində həyata keçirilən birgə layihələr, o cümlədən boru kəmərləri, dəmir yolları və kommunikasiya infrastrukturları, Cənubi Qafqazın və bütövlükdə Avrasiya regionunun enerji və nəqliyyat xəritəsini yenidən formalaşdırmışdır. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğulamışdır ki, Avropanın enerji təhlükəsizliyini Azərbaycan və qonşu ölkə olmadan təsəvvür etmək mümkün deyil. Hazırda Azərbaycan, o cümlədən qonşu ölkə vasitəsilə, 12 dövlətə təbii qaz ixrac edir.
Nəqliyyat-kommunikasiya sahəsində əldə edilən uğurlar, yeni inşa olunmuş dəmir yolları və limanlar hər iki ölkədə böyük sinergiya yaratmış və Orta Dəhlizin mühüm hissəsinə çevrilmişdir. Bu layihələr yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi sabitliyin təmin olunmasına da xidmət edir.
Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunması Azərbaycan və qonşu ölkənin ortaq marağındadır. Hər iki dövlət bu istiqamətdə mühüm töhfələr verməkdə davam edir. Prezident İlham Əliyev bəyanatında əminliklə bildirmişdir ki, ölkələrimiz arasında əməkdaşlıq gələcəkdə də yüksələn xətlə inkişaf edəcək və dostluq münasibətləri daha da möhkəmlənəcək.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Digər xəbərlər