23may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Poylukənd”, “Kolxəlfəli kənd”, “Qıraq Kəsəmən kənd”və “Rəsulzadə küçəsi 7” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyevbildirib ki, şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür. XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov, Poylu kəndtam orta məktəbin müəllimləri Elsevər Rzayev, Leyla Omarlı, “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatının sədriNadir Səttarov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.Dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağ uğrunda aparılan Vətən Müharibəsində şanlı Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hamımıza böyük sevinc,qürur hissi yaşadır.Məhz bu böyük tarixi Qələbə nəticəsində xalqımız 28 May - Respublika Gününü yüksək əhvali-ruhiyyədə qeyd edir.