PDF Oxu

Siyasət

  • 905

"Azərbaycanın regionda mühüm bir ölkə olduğu təsdiqləndi" - ŞƏRH EDİLDİ

image

"31 avqust – 1 sentyabr tarixlərində Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çox önəmli bir sammit idi. Demək olar ki, bütün dünyanın diqqəti bu sammitdə idi. Əgər bu gün dünya mediasına, xüsusilə də nüfuzlu KİV-ə nəzər salsaq, görərik ki, bu sammit onların manşet xəbərlərində yer aldı. Müxtəlif ölkələr – Qərb dövlətləri və Asiya ölkələri – bu sammitə öz baxış bucaqlarından qiymət verdilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.Siyasi şərhçi sözlərinə belə davam edir: "Azərbaycanın bu sammitdə iştirakı çox önəmli idi. Çin Azərbaycanın strateji tərəfdaşıdır və ikitərəfli əlaqələr getdikcə inkişaf edir. Prezidentin ŞƏT sammitində iştirakı ölkəmizin əhəmiyyətini, beynəlxalq aləmdə artan nüfuzunu, isti cənub ölkələri ilə əlaqələrimizi, inkişaf edən iqtisadiyyatımızı bir daha nümayiş etdirdi. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləməsi, bu layihədə tutduğu mövqe, həmçinin Orta Dəhliz, Qərb–Şərq və Şimal–Cənub nəqliyyat dəhlizlərindəki rolu bir daha bu ölkələrin diqqətinə çatdırıldı və Azərbaycanın regionda mühüm bir ölkə olduğu təsdiqləndi.Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu sammitdə iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Bu önəmi qarşılama mərasimindən başlayaraq bütün tədbirin gedişində gördük. Çin və ŞƏT üzv dövlətləri Azərbaycana böyük önəm verdiklərini açıq şəkildə nümayiş etdirdilər. Prezidentin sammit çərçivəsində keçirdiyi görüşlər – istər dövlət başçıları, istərsə də nüfuzlu Çin şirkətlərinin rəhbərləri ilə aparılan müzakirələr – Azərbaycanın xarici siyasətinin uğurlarını bir daha göstərdi. Bu əməkdaşlıqlar çərçivəsində investisiya layihələrinin müzakirəsi və müqavilələrin imzalanması ölkəmiz üçün ciddi əhəmiyyət daşıyır.Sammitin əsas nəticələrindən biri ondan ibarət oldu ki, dünya artıq birqütblü sistemlə idarə oluna bilməz. Bəyannamədə vurğulandı ki, dünya çoxqütblü olmalıdır, hər bir dövlətin ərazi bütövlüyü və suverenliyi tanınmalı, heç bir ölkə digər ölkənin daxili işlərinə qarışmamalıdır. Eyni zamanda, BMT-də islahatların aparılmasının vacibliyi, Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması məsələsi də gündəmə gəldi. Bu sammitin əsas nəticəsi ondan ibarətdir ki, Asiya bazarının və bütövlükdə regionun strateji əhəmiyyəti daha da artdı. Azərbaycanın bu prosesdə rolu və mövqeyi xüsusi olaraq vurğulandı.Ümumilikdə, bu tədbir həm ölkəmiz, həm də dünya üçün mühüm mesajlar verdi və beynəlxalq münasibətlərin yeni mərhələsinə doğru atılmış əhəmiyyətli bir addım oldu".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər