PDF Oxu

Siyasət

  • 506

İnkişafın göstəricisi: brend otellər

image

Ölkəmizdə müasir tələblərə cavab verən otellərin inşası Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi dünyanın ən məşhur firma və şirkətlərinin, brendlərinin ölkəmizə diqqətinin artmasına səbəb olub. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dünyanın tanınmış otel şirkətlərinin də ölkəmizə axınını gücləndirib. Əgər bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı otel brendi Bakıdadırsa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur.

Bakıda beşulduzlu otellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasına əhəmiyyətli dərəcədə səbəb olub. Paytaxtımızda "The Ritz-Carlton Baku" oteli 33 mərtəbəlidir və oteldə 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi otel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq, yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir. Binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Oteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan "Qarabağ", "Ağdam", "Cəbrayıl", "Qubadlı", "Tərtər", "Xocalı", "Füzuli", "Zəngilan", "Kəlbəcər", "Xankəndi", "Xocavənd" və "Laçın" otaqları var. Otelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə - tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib.

MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN OTELLƏR

Bu gün əminliklə deyə bilərik ki, aparıcı sənaye sahəsinə çevrilən turizm ölkəmizdə rəqabətə davamlıdır. Bu da, ən birincisi ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Bununla yanaşı, qeyd etdiyimiz kimi, bir çox turizm mərkəzlərinin yaradılmasıdır. Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın bir çox yerlərində ən müasir səviyyədə otellər tikilib. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir.

İnkişaf etmiş sivil dünyanı maddi abidələri, yeraltı və yerüstü sərvətləri ilə heyrətləndirən Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirmiş oldu. Dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənən komplek Şahdağ qış-yay turizm kompleksi müasir tələblərə cavab verir. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb.

Görülən işlərlə bərabər, olaraq dövlət başçısı tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də böyük addımlar atılıb. Azərbaycanda magistral yollar müasir formada yenidən qurulub. Bir çox yaşayış məntəqəsini birləşdirən kəndlərin, yaşayış məntəqələrinin yol infrastrukturun yaxşılaşdırılması ilə bağlı dövlət başçısı son illər ərzində xeyli sayda sərəncamlar imzalayıb ki, bu da əhalinin rahatlığına xidmət edir. Bütün həyata keçirilən bu layihələr vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə turizmin inkişafına səbəb oldu. Azərbaycanda yeni aeroportların tikilməsi beynəlxalq hesabatlarda Azərbaycan hava xidmətlərinə görə öncül yerlərdən birində qərarlaşır. Xüsusi olaraq onu da qeyd edək ki, Füzuli, Zəngilan və Laçıın beynəlxalq hava limanlarının istifadəyə verilməsi turizmin inkişafına təkandır.

COP29 tədbiri Azərbaycanın qlobal səviyyədə turistik cəlbediciliyini də artırmış oldu. Maliyyə əməliyyatlarında da oxşar tendensiya müşahidə edilib. Braziliya, Almaniya, ABŞ və Böyük Britaniya kimi əsas bazarlardan gələn ziyarətçilərin xərcləmələrində kəskin artım müşahidə olunub. Xüsusilə COP30-un ev sahibi Braziliyadan gələn ziyarətçilər mehmanxana xərcləmələrində 7 milyon faiz artım göstərərək rekorda imza atıblar. Eyni kateqoriyada Britaniya və Amerikadan olan ziyarətçilərin xərclədikləri vəsaitlər isə müvafiq olaraq 600 faiz və 819 faiz artım göstərib.

Bu nəticələr COP29-un dayanıqlı inkişaf üçün gücləndirici rolunu və Azərbaycanın qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir. Əldə edilmiş nailiyyətlər uzunmüddətli iqtisadi və ekoloji faydalara yol açaraq qlobal əməkdaşlığın gücünü yenidən nümayiş etdirir.

İŞĞALDAN AZAD OLAN TORPAQLARIMIZDA YENİ HƏYAT

Bu cür müasir və dünyaca məşhur otel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması şübhəsiz ki, turizmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Bütün sahələrdə həyata keçirilən layihələr Azərbaycanın hər bir bölgəsində turizm üçün geniş imkanlar açıb. Ölkəmizə səfər edən turistləri sayının günbəgün armasına səbəb əlbəttə ki, bu sahədə həyata keçirilən islahatlar və dövlət proqramlarının uğurla icrası əsas rol oynamışdır. Azərbaycanın hər bir bölgəsi turizm üçün yararlıdır. Təbii ki, ölkəmizin təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə dünyanın diqqətini özünə daha da cəlb edir.

44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Artıq işğaldan azad olan Azərbaycan torpaqlarında yeni həyat canlanır. Bəşər mədəniyyətinə qarşı vəhşilik törədən ermənilər bu ərazilərimizi talan etmiş, abidələrimizi darmadağın edərək viran qoymuşdular. Bütün məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilib. Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın və Mir Möhsün Nəvvabın ev muzeyləri Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılmışdır. Bu məkanların hər biri turistlərin marağına səbəb ola biləcək tarixi yerlərdir. Artıq onlardan bir neçəsi təmir və bərpa olunub. Bu ərazilərə gələn şəxslərin - yerli və xarici qonaqların marağındadır.

QARABAĞ BÖLGƏSİNİN ÇOX ZƏNGİN TURİZM POTENSİALI

Ermənistanın təcavüzü nəticəsində meşələrimizə də külli miqdarda ziyanlar vurulub. Belə ki, 30 ilə yaxın bir zamanda işğalda olan Kəlbəcər, Laçın, Zəngilan kimi ərazilərdə meşələr vəhşicəsinə qırılaraq talan edilmişdir. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı fındığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınmışdır. Əlbəttə ki, ermənilərin Azərbaycanın flora və faunasına vurduğu ziyan canlı təbiətə böyük bir zərbədir və bu vəhşilikdir. Bir ağacı becərmək, ərsəyə gətirmək onilliklərin hesabına mümkün olduğu halda, bir neçə saat ərzində canlı təbiətə təcavüz edən ermənilər onu məhv edirlər. 1969-cu ildə yaradılan Qubadlı Dövlət Təbiət Yasaqlığının 1988-ci ildə sahəsi 8500 hektar olduğu halda, 2020-ci ildə bu 6923 hektar olub. 1577 hektarı erməni təcavüzkarları dağıdaraq, bunu talan ediblər. Laçın Dövlət Təbiət Yasaqlığı. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı erməni təcavüzünə məruz qalıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı və turizm sahəsini qeyd edərək, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı olduğunu bildirib. Mövcud şərait həmin məkanların Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsiniə səbəb olacaq. Kəlbəcərin İstisuyu, Şuşanın, Ağdamın sanatoriyaları, Turşsu yaylaqları, İsa bulağı, Cıdır düzü və onlarla belə məkanlar sağlamlıq turizminin, eləcə də istirahət üçün nəzərdə tutulan istirahətləri keçirilməsi üçün olduqca əlverişlidir. Xatırladaq ki, sovet dövründə Azərbaycana səyahətə gələn turistlərin əsas hissəsi bu cənnət məkanına üz tutublar. 1970-ci illərdən başlayaraq, yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib. Öz təbii sərvətləri ilə seçilən torpaqlarımızın səfalı və müalicəvi əhəmiyyət daşıyan yerləri, flora və faunasının başqa bir ab-havası var.

Artıq bildiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Qarabağ" hoteli istifadəyə verilib. Qeyd edək ki, 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırmış və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşmüşdü. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı və tezliklə açılışı oldu. Bu gün müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Dövlət başçısı çıxışlarının birində vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər