PDF Oxu

Siyasət

  • 1 198

Tarixi memarlıq abidələri – Zəngilanın daş yaddaşı

image


Zəngilan rayonu təkcə təbiəti ilə deyil, həm də çoxsaylı tarixi memarlıq abidələri ilə seçilən bir bölgədir. Bu abidələr əsrlərlə xalqımızın mədəni, dini və ictimai həyatında mühüm rol oynamışdır. Şərifan kəndində yerləşən IX-XVI əsrlərə aid abidələr, Qumlaq kəndindəki orta əsr yaşayış yerləri və Bartaz kəndindəki Qız qalası kimi tikililər Azərbaycan memarlığının nadir inciləri sırasındadır. Tağlı körpü (XVI əsr), Hacallı dairəvi bürcü (XIV əsr), Məmmədbəyli kəndindəki Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi kimi abidələr həm tarixi, həm də sənət baxımından böyük önəm daşıyır. İşğal dövründə bu abidələrin əksəriyyəti dağıdılıb, üzərində saxtakarlıq edilib və bəziləri tamamilə yoxa çıxarılıb. E.ə. VI-IV əsrlərə aid nekropollar, küp qəbirlər və Koroğlu daşı kimi nadir tarixi nümunələr isə ümumiyyətlə elmi araşdırmalardan kənarda qalıb. Bu abidələrin bərpası və öyrənilməsi bu gün dövlətin əsas prioritetlərindəndir və onların qorunması gələcək nəsillərə tariximizi çatdırmaq baxımından vacibdir.

Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər