PDF Oxu

Siyasət

  • 914

Tramp Zelenskisiz Ukraynaya hazırlaşır...

image

Mətləb Salahov: "Rusiya ilə sülh razılaşması baş tutarsa, o zaman Ukraynada siyasi dəyişikliklər qaçılmazdır"

"Son bir həftədə ABŞ Administrasiyası nəyin bahasına olursa-olsun Ukrayna müharibəsini dayandırmaq və tərəfləri məhz Donald Trampın kürəkəni və köməkçisi tərəfindən tərtib edilmiş 28 maddəlik "sülh planına" imza atdırmaq üçün var gücü ilə səy göstərir. Əlbəttə, müharibənin dayandırılması, günahsız insanların ölümünə son qoymaq sevindirici haldır.
Lakin ABŞ Administrasiyasının tərtib etdiyi bu "sülh planı"nda Ukraynanın ərazi bütövlüyü və milli maraqları, habelə bu plana qarşı müqavimət göstərən Avropa qitəsinin təhlükəsizliyi əks olunmayıb. Belə görünür ki, D.Tramp tələm-tələsik Ukrayna böhranını "bitirmək" istəyir. Bu, sadəcə özünü reklam üçün və dünya ağası olduğunu nümayiş etdirmək üçün milyarder prezidentin həvəsidir. Çünki əsaslı sülhdən söhbət gedə bilməz".
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. Onun fikrincə, ABŞ lideri Rusiya ilə bu məsələdə sülh əldə edəndən sonra Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırıb Ukraynada yeni siyasi sistem yaratmağa hazırlaşır. "Diqqət edin: D.Tramp heç zaman V.Zelenskini ciddi lider kimi qəbul etmədi, ona etimadının olmadığını hər dəfə nümayişkaranə şəkildə dilə gətirdi.
Açıq şəkildə görünür ki, hazırkı ABŞ Administrasiyası Ukrayna və Rusiya arasında sülh planını reallaşdırandan sonra Ukrayna siyasətinə də "əl gəzdirmək" üçün gün sayır. Bu o deməkdir ki, ABŞ təkcə Ukraynada sülh üçün çalışmır, həm də Ukraynanın yenidən dizayn olunmasına hazırlaşır. Həm də V.Zelenskinin olmadı Ukrayna planı".

Ayşən Vəli

Digər xəbərlər