PDF Oxu

Siyasət

  • 504

Avropa atəşkəsdən sonra da Ukraynaya dəstək göstərəcək FOTO

image

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə atəşkəsdən sonra bir neçə Avropa ölkəsinin Ukraynaya yerində "dəstək göstərməyə hazır olduğunu" bildirib. Bu barədə "New Voice" nəşri Zeliniskinin Niderlandın Baş naziri ilə keçirdiyi mətbuat konfransı zamanı çıxışında bildirdiyini qeyd edib. Bununla belə V.Zelenski hansı ölkələrin bu cür öhdəliklər götürməyə hazır olduğunu söyləməyib, lakin Fransa və Böyük Britaniyanın təşəbbüsə rəhbərlik etdiyini qeyd edib.

Ukrayna prezidenti bildirib ki, "Könüllülər koalisiyası"ndakı hər bir ölkə artıq kimin kəşfiyyat məlumatı verməyə, kimin Ukraynaya qoşun göndərməyə hazır olduğunu başa düşür. Bizim sənədimiz var, amma hələ onu yaymırıq. Könüllülər koalisiyası atəşkəsdən sonra Ukraynanın təhlükəsizliyini təmin etməyə hazır olduğuna qərar verib.

O qeyd edib ki, Avropa ölkələrinin nə dərəcədə hazır olduğu yalnız Ukraynada atəşkəsdən sonra bəlli olacaq. Zelenskinin sözlərinə görə, ölkələrin hazırlığı onların konstitusiyalarından və parlament qərarlarından da asılıdır.

Niderlandın Baş naziri Dik Şuf öz növbəsində bildirib ki, 15 dekabrda Almaniyada Avropa ölkələri Ukrayna üçün "təhlükəsizlik zəmanətlərini gücləndiriblər". Onlar Rusiya ilə danışıqların bir hissəsi ola və atəşkəsə gətirib çıxara bilərlər.

İlham

Digər xəbərlər