PDF Oxu

Siyasət

  • 442

Şəhidlərin əziz xatirələri böyük ehtiramla yad edildi

image

19.12.2025-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Əsgərov Hüseyin Ramiz oğlunun beşinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşı , Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs nümayəndəsi, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Digər xəbərlər