Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə çıxış edən Dövlət Başçısı cənab İlham Əliyev bildirib ki, "idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.
Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır." Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətidir. O, bu fikri 2025‑ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir daha vurğulayıb. Prezident çıxışında bildirib ki, idmanın inkişafına göstərilən diqqət və aparılan dövlət siyasəti nəticəsində idmançılar beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər. Azərbaycan Respublikasında idmanın inkişafı dövlət xətti ilə bir çox proqramlar vasitəsilə icra edilir. Dövlət siyasəti idman infrastrukturunun genişləndirilməsinə də ciddi töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir.Bu siyasət çərçivəsində bölgələrdə idmanla məşğul olmaq üçün bütün zəruri şərait yaradılıb. Prezident İlham Əliyev ölkənin idmançılarını və idman qurumlarını mütəmadi olaraq dəstəkləyir və yüksək nəticələrə görə təltif edir. Bu siyasət idmanın maddi‑texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət ayırır.
Prezident İlham Əliyev idmanda ədalətli rəqabətin, təmiz idman prinsiplərinin, antidopinq siyasətinin və etik normaların qorunmasının vacibliyini xüsusi vurğulayaraq, bu sahədə kompromisə yol verilməyəcəyini bildirmişdir.
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini