Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Əlincə kənd mərkəzində seçiciləri ilə görüş keçirib.Görüşdə Əlincə kəndindən olan seçicilərlə yanaşı, Xoşkeşin kəndindən olan seçicilər də iştirak ediblər.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.