Fars-molla rejiminin baş mollası Əli Xameneinin, Prezident Məsud Pezeşkianın və digər rəsmilərin olduğu təyyarə Rusiyanın paytaxtı Moskva şəhərinə eniş edib. Bu barədə ABŞ rəsmiləri məlumat veriblər. Məlumata görə fars-molla rejiminin ali rəhbərliyinin ərazilərdən təcili qaçmalarının səbəbi ABŞ-ın yaxın saatlarda ərazilərə endirə biləcəyi zərbələrlə bağlıdır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş ABŞ təyyarələri, eləcədə yüksək hazırlıqlı ordu birləşmələri fars-molla rejiminin sərhədlərinə yaxınlaşıblar. Bu isə hər na müharibənin başlayacağından və ABŞ-ın Tehran rejiminə zərbələr endirəcəyindən xəbər verir.
Bu dəqiqələrdə verilən məlumata görə, Ağ Evin mətbuat xidməti fars-molla rejiminin əsas simalarının əraziləri tərk edib, Moskvaya getmələri ilə bağlı brifinq keçirməyə hazırlaşır. .
İlham