Gürcüstanın Baş naziri İrakli Kobaxidze Facebook səhifəsində paylaşımında ölkənin media mühitinin xarici təsir, Dərin Dövlət və daxili "agentlər" tərəfindən sarsıldığını bildirib.Onun sözlərinə görə. Mixail Saakaşvilinin prezidentliyi dövründə keçmiş ədliyyə naziri, daha sonra yüksək reytinqli müxalifət televiziya kanalları olan "Rustavi 2" və "Mtavari"yə rəhbərlik etmiş Nika Qvaramiyanı Gürcüstanda "müxalifətçiliyin boğulmasının əsas günahkarı" adlandırıb: “Və bu süni şəkildə yaradılmış, qütbləşdirilmiş və bölünmüş mühitin məqsədləri, günahkarları və vəzifələri asanlıqla izlənilə bildiyindən, bu sağlam olmayan vəziyyəti düzəltməyə borcluyuq. Biz gürcü xalqına demokratiyanın əsas prinsiplərindən biri olan müzakirədən - istifadə etmək hüququnu bərpa etməyə və qeyri-rəsmi qüvvələrin və onların "gürcü" agentlərinin öz gündəmlərini bizə tətbiq etməsinin qarşısını almağa borcluyuq”.
Bu, yeni mövzu deyil. Dərin Dövlətlə mübarizə bəhanəsi ilə keçən il hakim "Gürcü Arzusu" partiyası Yayım haqqında Qanuna və Amerika FARA-ya bənzər bir qanuna düzəlişlər qəbul edib. Düzəlişlər televiziya və radio yayımçıları üçün birbaşa və dolayı xarici maliyyələşdirməni qadağan etdi və efirdə, veb saytlarda və sosial media səhifələrindəki məzmun üçün standartlar müəyyən etdi. Kommunikasiya Komissiyasına pozuntulara cavab vermək səlahiyyəti verildi.
FARA-ya bənzər qanun daha az sərt "xarici agent qanunu" ilə əvəz edildi. İndi xarici maliyyələşdirmə alan şəxslər və təşkilatlar beş ilə qədər həbs cəzası ilə cinayət məsuliyyətinə cəlb olunurlar.
İlham