PDF Oxu

Siyasət

  • 1 017

Xalqımızın qürurunu daha da möhkəmləndirən mükafat ŞƏRH

image

Cari ilin 4 fevral tarixində Əbu-Dabidə Azərbaycan Prezidenti cənab İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimi sadəcə bir mükafat kimi deyil, Azərbaycan dövlətinin yeni və mühüm bir uğurudur. Ölkə başçısının tədbirdəki çıxış nitqi yeni, postmüharibə dövründə reallıqları, o cümlədən rəsmi Bakının mövqeyini nümayiş etdirir.

BƏƏ-ə və şəxsən Şeyx Məhəmməd bin Zayedə Al Nəhyana dərin minnətdarlıqla başlayan cənab Prezident şəffav bir geosiyasi jest edərək, Əmirliklərin təcəssüm etdirdiyi dinamik İslam dünyası ilə sivilizasion və siyasi həmrəyliyi vurğulayır. Təbii ki, Əbu-Dabinin 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşündə dair Ermənistan və Azərbaycan arasında yekun danışıqlarının keçiriləcəyi məkan kimi rolunun qeyd edilməsi, o cümlədən sülh sazişinin paraflanması, həmçinin Birgə Bəyannamə imzalanması əsas məqamlardandır. Bu, BƏƏ-ni mühüm vasitəçi statusuna ucaldır və əsas vurğunu ənənəvi Qərb platformalarından Şərqin çevik diplomatiyasına yönəldir. Beləliklə, mükafat təkcə sülhü deyil, həm də ərəb dünyasında etibarlı tərəfdaşlar tapmış Azərbaycanın xarici siyasətini leqitimləşdirir.

Cənab İlham Əliyevin əsas ritorik aləti - "biz sülh şəraitində yaşamağı öyrənirik" tezisidir. Bu tezis Azərbaycanın qalib imicini yeni reallığın məsuliyyətli qurucusuna çevirir. Dövlət başçısı xüsusilə Ermənistana neft məhsullarının ixracının bərpasını və nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılmasını qeyd edir. Bu, bu prosesin əsl hərəkətverici qüvvəsini, yəni iqtisadi qarşılıqlı əlaqə və əməkdaşlığı ortaya qoyur. Sözügedən sülh sadə idealistik layihə kimi deyil, Azərbaycanın real mərkəz kimi əhəmiyyətli təsirə malik tərəfdaş və faydalı əməkdaşlıq sistemi kimi təqdim olunur.

Qısamüddətli geosiyasi perspektivdə bu qələbə və onun tanınması Azərbaycanın suverenliyini və Cənubi Qafqazda əsas aktor kimi rolunu gücləndirir. Hərbi uğur, güclü iradə, dost güclərin vasitəçiliyindən ibarət həll modeli digər münaqişələr üçün nümunə kimi təklif olunur. Bu isə, Azərbaycanın beynəlxalq mövqeyini əlbətdə ki artırır.

İqtisadi perspektivlər ümidverici xarakter daşıyır. Şərq-Qərb nəqliyyat əlaqələrinin bərpası, enerji layihələrinin həyata keçirilməsi, azad edilmiş ərazilərə investisiya qoyuluşu və tranzit potensialının artması bir tərəfdən, digər tərəfdən isə Sabitlik iqtisadiyyat üçün əsas amildir.

Mütləq vurğulanmalıdır ki xalqımız üçün əsas faydalar sabitlik və yeni dövlətimizin gündən-günə artan beynalxalq statusdur. Daha dəqiq desək, 30 illik münaqişənin sonu Azərbaycan xalqı üçün fundamental faydalar gətirir. Buna misal olaraq təhlükəsizliyi qeyd etmək mütləqdir ki, sərhəd bölgələrində döyüş itkilərinə və təhdidlərə son qoyulub. Bundan əlavə, əsas perspektivlərdən - İqtisadi artımdır. Yeni iş yerləri, infrastrukturun bütöv Azərbaycanda inkişafı, tranzit və ticarətdən əldə edilən gəlirlərin artması vətəndaşların rifahını artmasına səbəb olacaq.

Milli konsolidasiya ciddi təkan verən və xalqımızım qürur mənbəyinin möhkəmləndirən uğur kimi, bərpa olunmuş ərazi bütövlüyü hissi “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatlarda ifadə olunan beynəlxalq tanınma ilə gücləndirilir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər