PDF Oxu

Siyasət

  • 488

Beynəlxalq sülh və rifah - ŞƏRH

image

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri son illərdə Azərbaycana keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ - Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Cey. Di. Vensin Azərbaycana səfəri tarixi bir səfərdir. Azərbaycanın dünyanın ən güclü ölkəsi ilə strateji tərəfdaşlıq xartiyasının imzalanması Azərbaycanın iqtisadiyyatının inkişafı, texnoloji inkişafı, süni intellekt üzrə əməkdaşlıqda inkişafı, müdafiə və təhlükəsizlik nöqteyi-nəzərindən Azərbaycanın müəyyən mənada qlobal səviyyədə bir təhlükəsizliyidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasiminin heyyətlərin altı ay ərzində gördüyü şox gərgin işin təzahürü olduğunu söylədi. Qeyd etdi ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və strateji tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz həmçinin Prezident Trampa, Vitse - prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri höhfəyə görə çox minnətdarıq.

Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Strateji Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. İki ölkə arasında təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işlər davam etdirilir. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətində olduğunu bəyan etdilər. Hər iki dövlət 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul etdilər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətində olduğunu bildirdilər və bu məqsədlə iki dövlət də Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək haqqında qərar qəbul etdilər. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək, mülki nüvə əməkdaşlığını dərinləşdirmək, kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə etdilər.

Hər iki dövlətin davamlı və dayanıqlı siyasəti nəticəsində Qafqaz regionuna sülhün gəlməsilə başlayan bu münasibətlər, inanıram ki, nəinki Azərbaycan xalqının, regionunun digər xalqlarının da firavan və təhlükəsiz həyatının zəmanəti olacaq.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər